“Könül istərdi ki, balam özüm sağ olaydı, hamı onun başına toplaşaydı və ad gününü, 26 yaşını birgə qeyd edərdik…”-Cəmi 18 yaşında ailə həyatı quran, iki övladı Vətənə əmanət qalan, Cənnətdəki üçüncü doğum günü olan Şəhid Əlizamin Mustafalının anası-ÜLVİYYƏ NƏBİYEVA – FOTOLAR – YENİLƏNİB

Sumqayıt şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əlizamin Mustafalının doğum günüdür.

Əlizamin Mustafalının bu gün 26 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, əslən Qazaxlı olan Əlizamın Mustafalı 1997-ci ilin 1 sentyabr tarixində (əslində isə 13 iyulda) Beyləqan rayonunda dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Beyləqanda dünyaya gəlsə də, 5 il orada yaşasa da, ancaq Sumqayıt şəhərində böyüyüb boya-başa çatıb, orada təhsil alıb.

Uşaq vaxtlarından onları anası-anaları, əslən Qazaxlı olan, özü isə Sumqayıtda dünyaya gələn Ülviyyə Nəbiyeva böyüdüb.

Əlizamin 2003-2012-ci illərdə Sumqayıt şəhərində İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə oxuyub, 2012-2015-c illərdə isə Peşə Liseyində təhsilini davam etdirib.

2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Çox gənc-erkən yaşlarında, cəmi 18 yaşında ailə həyatı qurub.

İki övladı övladı-İbrahim adlı oğlu, Mədinə adlı qızı dünyaya gəlib…

İyul-Tovuz döyüşlərindən, əfsanəvi generalımız Polad Həşimovun Şəhidliyindən sonra cəbhəyə getmək üçün könüllü şəkildə Orduya yazılıb və İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə, Vətənin müdafiəsinə atılıb.

Cəbrayıldan, Füzulidən, Xocavənddən Hadrutacan şərəfli döyüş yolu keçib.

Ailəsi, anası ilə sonuncu dəfə oktyabrın 6-da danışıb.

Sonuncu danışığı isə dostu ilə olub-oktyabrın 14-də olub.

Bir aya yaxın şərəfli döyüş yolu keçən Əlizamin oktyabr ayının 21-də Hadrutda qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi bir gün sonra, oktyabrın 22-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra beş medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hazırda Sumqayıt şəhərinin və Beyləqan rayonunun mərkəzi küçələrindən biri Onun-Əlizamin Mustafalının adını daşıyır.

Anası Ülviyyə xanım isə həm də Qazaxın küçələrindən birinə övladının adının verilməsini istəyir.

***

Bu gün Cənnətdəki üçüncü doğum günü ilə bağlı Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra anasının-ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar oxunub, bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Qeyd edək ki, Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclidə “Odlar yurdu” qrupunun üzvləri də iştirak ediblər.

Şəhid anası Ülviyyə xanımın dediklərindən:

“Könül istərdi ki, balam özüm sağ olaydı və hamı onun başına toplaşaydı, ad gününü birgə qeyd edərdik…Görünür qismət beləymiş…Balamın adını tutub qapımızı açan, Şəhid ocağına ziyarətə gələn hər kəsə minnətdarlığımı bilidirirəm…Xüsusilə də bu gün bizimlə bir yerdə olan, bizi tək qoymayan hər kəsə təşəkkürlərimi ifadə edirəm…Allah hər kəsdən, hər birinizdən razı olsun!”

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

18:55

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Ermənistanın mina təhlükəsinə göz yummamağa çağırışını təkrar edir-XİN

Read Next

Bərdənin sonuncu İkinci Vətən Müharibəsi Şəhidi, nəşi 7 aydan sonra Əbədiyyətə uğurlanan-TƏBRİZ CƏFƏROVUN BU GÜN 28 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir