Cəmi 18 yaşında Şəhid olan Ağdaşlı-YUSİF NƏBİYEVİN BU GÜN TORPAĞA TAPŞIRILDIĞI GÜNDÜR…

Ağdaş rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Yusif Elton oğlu Nəbiyevin Anım Günü ilə bu gün-10 oktyabr 2023-cü il tarixində-səhər saatlarında Aşağı Zeynəddin kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Etikxeber.az xəbər verir ki, 27 may 2002-ci il tarixində Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində dünyaya gələn və Azərbaycan Ordusunun-cəmi üç ayın Əsgəri kimi İkinci Vətən Müharibəsində-Füzuli rayonu istiqamətində döyüşlər zamanı Şəhid olan Yusif Nəbiyevin məzarını ziyarətdən sonra Anım mərasimi düzənlənib.

Adına ehsan verilib, bir daha ruhuna dualar oxunub.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, Ağdaş və digər bölgələrdən olan Şəhid ailələri, din xadimləri və digər şəxalər iştirak ediblər.

Qeyd edək ki, ailənin iki oğlan övladından, evin sonbeşiyi olan, cəmi 18 yaşında Şəhidlik məqamına ucalan Yusif Nəbiyev subay olub və Şəhidliyindən sonra üç medalla təltif olunub.

Məkanı cənnətlik olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah hava-NECƏ OLACAQ?

Read Next

Prezident Hindistan və Efiopiyaya yeni səfir-TƏYİN ETDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir