Cəmi 23 yaşında Şəhadətə qovuşan-ALİ-HƏRBİ TƏHSİLLİ, AİLƏNİN ÜÇ OĞLAN ÖVLADINDAN BİRİ, NİŞANLI, QARŞIDAN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ GƏLƏN NAXÇIVANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN QƏHRƏMANOV… – FOTOLAR

Tarixi 44 günlük İkinci Vətən Müharibəsində İgidlik nümayiş etdirən, Qəhrəmanlıq dastanı yazan Oğullardan biri də Naxçıvanlı Elməddin Niyaməddin oğlu Qəhrəmanovdur…

Ali-hərbi təhsilli, peşəkar hərbçi Elməddin Qəhrəmanov…

Vətən sevdalısı, cəmi 23 yaşında Vətən yolunda canını fəda edən, Şəhidlik zirvəsinə ucalan Elməddin Qəhrəmanov…

Qarşıdan Cənnətdəki beşinci doğum günü gələn, 27 yaşı tamam olan Elməddin Qəhrəmanov…

Qeyd edək ki, Elməddin Qəhrəmanov 1997-ci il yanvar ayının 26-da Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya gəlib…

Ailənin üç övladından, üç qardaşdan biri olub…

Həm də evin ortancıl övladı idi…

Elməddin 2003-2011-ci illərdə Qıvraq qəsəbəsi tam orta məktəbində, 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb…

Hərbi Liseyi bitirdikdən sonra-2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olub və 2018-ci ildə ali-hərbi təhsilini başa vurub…

Ali-hərbi təhsilini bitirdikdən sonra-2018-ci ildə Leytenant hərbi rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb…

Bir peşəkar hərbçi, bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinə qatılıb…

Şərəfli döyüş yolu 10 gün çəkib…

Oktyabrın 6-da Ağdam rayonu istiqamətində qəhrəmancasına Şəhid olub…

Nəşi 6 gün sonra-oktyabrın 12-də Qıvraq qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

23 yaşında Şəhadətə qovuşan Şəhidimiz həm də nişanlı olub…

Ancaq ömrü kimi arzusu, xəyalları da yarımçıq qalıb…

Allah ailəsinə, doğmalarına səbr və dözüm versin!

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan-MƏHRUM EDİLDİ

Read Next

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəldi-İKİ DÖVLƏT LİDERİ BİRGƏ NAHAR ETDİ VƏ GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir