Cəmi 3 yaşında atasını itirən və cəmi 23 yaşında Şəhidlik məqamına ucalan-AİLƏNİN TƏK, SUBAY VƏ ALİ TƏHSİLLİ OĞLU, NƏŞİ 47 GÜNDƏN SONRA TAPILAN BİNƏQƏDİLİ VÜSAL AFTANDİL OĞLU MƏMMƏDOV… – FOTOLAR

Cəmi 23 yaşında Vətən yolunda canını fəda edən, Şəhidlik məqamına ucalan Vətən sevdalımız…

Cəmi 3 yaşında atasını itirən, ata qayğısına, ata nəvazişinə həsrət qalan Vətən fədaimiz…

Nəşi 47 gündən sonra tapılan Nur üzlü-İkinci Vətən Müharibəsi Şəhidimiz…

Qəhrəmanlıq dastanı yazan İgidimiz…

Bakılı, Binəqədli Vüsal Aftandil oğlu Məmmədov…

Vüsal Məmmədov 1997-ci ilin iyun ayının 2-də Bakı şəhərində sadə bir ailədə dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Ondan 8 yaş böyuk olan bacısı-həm kollec, həm də universitet təhsilli (hazırda da Milli Aviasiya Akademiyasında oxuyur) Gülnar xanım bir övlad anasıdır…

Vüsal cəmi üç yaşında olarkən 36 yaşlı cavan atasını itirib…

O vaxtdan-2000-ci ildən anası-cəmi 35 yaşlı Mahirə xanım həm ona, həm də bacısına həm analıq, həm də atalıq edib…

Onları böyüdüb, boya-başa çatdırıb…

Vüsal 2003-cü ildə Binəqədi kəndində yerləşən 179 saylı tam orta məktəbin 1-ci sinifinə gedib, daha sonra-8-ci sinifdən isə təhsilini Binəqədi qəsəbəsində yerləşən 182 saylı tam orta məktəbdə davam etdirib…

2014-cü ildə orta məktəbi bitirib və həmin il Milli Aviasiya Akademiyasının “Hava hərəkətinin idarəolunması mühəndisliyi” ixtisasına qəbul olunub…

Ali təhsilini başa vurduqdan sonra, 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə yollanıb…

Əsgərliyinin başa çatmasına 3 gün qalmış-2020-ci ilin sentyabr ayının 27-də İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar döyüşlərə qatılıb…

Şərəfli döyüş yolu 16 gün çəkib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Və 2020-ci ilin oktyabr ayının 12-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb…

Nəşi yalnız 47 gündən sonra, noyabr ayının 28-də tapılıb, Bakı şəhərinə gətirilib və bir gün sonra Binəqədi Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” “Cəsur döyüşçü” medalları ilə təltif olunub…

Anası Mahirə xanım isə övladının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…

23 yaşında Şəhidlik məqamına ucalan Vüsal eyni zamanda subay olub…

***

Bu gün-10 aprel 2024-cü il tarixində vətənpərvər ziyalılar Fərid Nəsibzadə, Araz Məmmədov və Hüseyn Xudatovla birgə Şəhidimizin evini, ocağını ziyarət etdik…

Şəhidimizin Anası Mahirə xanımla bir araya gəldik…

Ona Allahdan səbr və dözüm dilədik…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…

Müqəddəs ruhu qarşısında baş əydiyimizi bildirdik…

Təxminən bir saat çəkən ziyarətimiz zamanı Şəhidimizin Dərdli, Yaralı, həm də Dik duruşlu anası Mahirə xanımla söhbətləşdik, dərdləşdik…

Şəhidimizin 23 illik qısa, lakin şərəfli ömür və döyüş yoluna birlikdə nəzər saldıq…

Tez-tez “Mən Şəhid olacağam…Ana, mənimlə fəxr edəcəksən…”-deyən Şəhidimizlə bir daha Qürurlandıq, Fəxrləndik, İftixar Hissi keçirdik…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidləri Tural Zeynalov, İmran Əliyev, Vüsal Məmmədov və “Qisas” əməliyyatı Şəhidi Amin Qəfərli-VƏTƏNPƏRVƏR ZİYALILARLA “KÖMƏK EDƏN ƏLLƏR” AKSİYASI ÇƏRÇİVƏSİNDƏ-RAMAZAN BARAMINDA DAHA DÖRD ŞƏHİD AİLƏSİ ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Şəhid Vüsal Şükürovun ocağını ziyarət və ya hələ də o anların, o baxışların təsiri altındayam, unuda bilmirəm… – KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir