Cəmi 5 ayın içində iki övladını itirən Əzizovlar ailəsinin-ŞƏHİD ÖVLADLARININ-QÜDRƏT ƏZİZOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ… – FOTOLAR

Bu gün Göyçay rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Qüdrət Bəhruz oğlu Əzizovun doğum günüdür.

Qüdrət Əzizovun bu gün 26 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Qüdrət Əzizov 1997-ci ilin iyun ayının 19-da Bığır kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri və evin böyük oğlu olub.

Orta məktəbi bitirdikdən sonra, 2015-2016-cı illərdə hərbi xidmətdə olub, Beyləqan istiqamətində “N” saylı hərbi hissəsə qulluq edib.

Əsgərliyini başa vurduqdan sonra-evinə dönüb, fəhləliklə məşğul, ailəsinə dəstək olub.

İkinci Vətən Müharibəsi zamanı isə səfərbərliyə cəlb olunub, sentyabrın 29-dan noyabrın 7-cən uzun şərəfli döyüş yolu keçib.

Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı  Şuşa istiqamətlərində döyüşüb və noyabrın 7-də Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq Şəhidliyi xəbəri ailəsinə noyabrın 10-da, müharibə başa çatan gün verilib və elə həmin gün nəşi gətirilərək, Bığır kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 5 medalla təltif olunub.

Onu da qeyd edək ki, Əzizovlar ailəsi cəmi 5 ayın iki itki, iki faciə yaşayıb, Qüdrətin Şəhidliyindən sonra, 2021-ci ilin aprelində isə subay və xərçəng xəstəliyindən əziyyət çəkən bacısı Ayna cəmi 19 yaşında dünyasını dəyişib.

Qüdrət həm də nişanlı olub.

Şəhidliyindən iki il sonra, onunla eyni ayda, iyunun 3-də tək qardaşının övladı dünyaya gəlib və ona Qüdrətin adı verilib.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Sonra Şəhidin ocağında Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan verilib.

Bir daha ruhuna dualar edilib, bir daha ailəsinə Allahdan səbr arzulanıb, bir daha Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclisdə Şəhidin ailə üzvləri, kənd sakinləri, din xadimləri, Şəhid ailələri iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hərbçimiz özünü güllələyərək-ÖLDÜRDÜ…

Read Next

Siz kimi ittiham edir, kimə nifrin yağdırırsınız…ay gülməşəkərlər-QAZİ ELNURUN KİM OLDUĞUNU, NƏLƏR YAŞADIĞINI BİLİRSİNİZMİ??? – KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir