Cəmi 6 ayın içində anası və tək qardaşını itirdi, özü isə nişanına 8 gün qalmış Şəhadətə qovuşdu-ANTİTERROR ŞƏHİDİ ŞƏHRİYAR ƏLİYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ BAKIXANOV ŞƏHİDLƏR XİYABANINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

2023-cü ilin Antiterror Şəhidlərindən olan Şəhriyar Bəxtiyar oğlu Əliyevin bu gün mövludu, Cənnətdəki üçüncü doğum günüdür.

Cənnətdəki üçüncü doğum günü, 29 yaşının tamam olması ilə bağlı bu gün-5 avqust 2026-cı il tarixində, saat 11:00 radələrində Şəhidin Bakıxanov Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, “Quran” oxunub, ruhuna dualar edilib.

Qısa çıxışlar olunub, Cənnətdəki altıncı doğum günü təbrik edilib, ailəsinə-atası Bəxtiyar Əliyevə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin atası Bəxtiyar Əliyev də öz növbəsində ziyarət iştirakçılarına övladını unutmaqdıqlarına, bununla belə, belə bir gündə onu tək buraxmadıqlarına görə minnətdarlığını ifadə edib.

O, eyni zamanda, hər zaman övladı ilə Fəxr etdiyini, Qürur duyduğunu dilə gətirib.

Sonda xatirə fotoları çəkdirilib.

Məzarını ziyarətdən sonra Cənnətdəki üçüncü doğum günü ilə bağlı Zabrat qəsəbəsində yerləşən “Bağçasaray” restoranında məclis-tədbir düzənlənib, Şəhidin adına çay-ehsan süfrəsi açılıb.

Qazi Kamil və yazar Raziyyə Kamilqızının aparıcılıq etdiyi tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Daha sonra Şəhidin keçdiyi cəmi 26 illik qısa, lakin şərəfli ömür, hərb, döyüş yolundan bəhs edilib.

Tanınmış qiraətçi, Əməkdar artist Ağalar Bayramov tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər ifa olunub.

Həmçinin, çıxışlar edilib, Şəhidlə və cəmi Şəhidlərlə bağlı təsirli, duyğulu ifadələr səsləndirilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı təbdirdə, adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, Şəhidsevər ziyalılar və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, əslən Astara rayonunun Şiyəkəran kəndindən olan Şəhriyar Bəxtiyar oğlu Əliyev isə 1997-ci ilin 5 avqust tarixində Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsində dünyaya gəlib.

Sonra-2000-ci ildə ailəsi ilə birlikdə Zabrat qəsəbəsinə köçüblər.

Ailənin üç övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub.

2016-cı ilin yanvar ayında 53 yaşlı anası xəstəlikdən, həmin ilin iyun ayının 1-də isə iki övlad atası olan 33 yaşlı tək qardaşı vaxtsız və faciəli şəkildə dünyasını dəyişib…

Cəmi 6 ayın içində Əliyevlər ailəsi iki doğmasını itirib…

Şəhriyar 2003-2014-cü illərdə Zabrat qəsəbəsində yerləşən 307 saylı tam orta məktəbdə oxuyub.

1978-ci il təvəllüdlü, üç övlad-iki oğlan və bir qız anası olan bacısı Sənubər xanım və iki övlad-bir qız və bir oğlan atası olan mərhum qardaşı Ümüd Əliyev isə Bakıxanov qəsəbəsində yerləşən 252 saylı tam orta məktəbdə oxuyublar.

Orta məktəbi bitirdikdən sonra-2014-cü ildə Azərbaycan Texniki Universitetinə (AzTU) daxil olub və 2018-ci ildə ali təhsilini (bakalavr pilləsini) başa vurub.

Sonra magistrarurada təhsilini davam etdirib, ancaq ilyarımdan sonra təhsilini yarımçıq qoyub, həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb, Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində qulluq edib.

2021-ci ildə Əsgərliyini başa vuraraq, evinə dönüb, Zabitlik kursuna gedib, yenidən-2022-ci ilin iyulundan həyatınıOrdu, hərb ilə bağlayıb, Leytenant hərbi rütbəsini daşıyıb.

Azərbaycan Ordusunun peşəkar hərbçisi olan Şəhriyar axırıncı dəfə ailəsi, atası ilə 2023-cü ilin sentyabr ayının 18-dən 19-na keçən gecə danışıb.

Cəmi saatlar sonra, 2023-cü ilin 19 sentyabr tarixində isə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror əməliyyatında iştirak edib.

Sentyabrın 19-dan 20-nə keçən gecə isə Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 20 sentyabr 2023-cü il tarixində Bakıxanov qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hazırda ailəsinin yaşadığı küçə Onun adını daşıyır.

Eyni zamanda qeyd edək ki, 2023-cü ilin sentyabrın 28-də Şəhriyarın nişanı olacaqmış…

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

16:00

***

FOTOLAR:

16:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Üç bacının tək qardaşı, ali-hərbi təhsilli, peşəkar hərbçi, İkinci Vətən Müharibəsinin iştirakçısı, 2022-ci ilin avqust Şəhidi Babək Əliyevin-ŞƏHADƏTİNDƏN DÖRD İL KEÇİR…

Read Next

Sıxlıq olan küçələr açıqlandı-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir