Cəmil Həsənli ilə Ramiz Yunus arasında fikir ayrılıqları yarandı-MİLLİ ŞURANIN SƏDRİ ELÇİN ŞIXLINI MÜDAFİƏ ETDİ

Osmanqizi TV-nin sonuncu buraxılışında politoloq, hazırda ABŞ-da yaşayan Ramiz Yunusla (Leyla Yunusun qaynı) professor, Milli Şurasının sədri Cəmil Həsənli arasında bir sıra məsələlərdə fikir ayrılıqları yaranıb.

Etikxeber.az-ın xəbərinə görə, xüsusilə, ayrı-ayrı jurnalistlərə yanaşmada iki siyasətçinin fikirləri haçalanıb.

Belə ki, iqtidara qarşı çox sərt fikirlər səsləndirən R.Yunus eyni zamanda, ölkə Prezidentinin son Sərəncamı ilə təltif edilmiş jurnalistlərə qarşı kəskin, ağır ifadələr işlədib.

Onları “bir paçka…” adlandıran R. Yunus jurnalistlərdən Kamal Əlini və Elçin Şıxlını daha çox tənqid edib.

O, hətta, E.Şıxlının Eynulla Fətullayev Mir Şahin Ağayevdən daha “təhlükəli” olduğunu söyləyib. Fikrini də belə əsaslandırıb ki, cünki, o, hər ikisindən də daha savadlıdır.

Bu isə C. Həsənli tərəfindən etirazla qarşılanıb.

C. Həsənli E.Şıxlının adları çəkilən şəxslərlə müqayisə edilməsinin heç cür düzgün və obyektiv olmadığını bildirib. Eyni zamanda, Yunusu bu məsələdə obyektiv olmağa səsləyib.

Eyni zamanda, məsələyə müdadixilə edən Sevinc Osmanqızı verilişdə adların çəkilməsini istəmədiyini deyib, daha çox tənqid və ittiham obyektinin Mir Şahin Ağyev olmalı olduğunu sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Malayziya parlamentindən Qarabağ məsələsində-AZƏRBAYCANA DƏSTƏK

Read Next

Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər-KEÇİRİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir