Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Fəxralı (Faxralı) kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kərim Həsrət oğlu Yusifovun Cənnətdəki altıncı doğum günü, mövlududur.
Kərim Yusifovun bu gün-1 avqust 2026-cı il tarixində 31 yaşı tamam olur.
Bu gün səhər saatlarında 31 yaşının tamam olması, Cənnətdəki altıncı doğum günü ilə bağlı Kərim Yusifovun, eləcə də bir neçə ay öncə dünyasını vaxtsız dəyişən anası Əminə xanımın Fəxralı kənd qəbiristanlığındakı məzarları ziyarət olunub.
Hər ikisinin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar edilib, “Quran” oxunub.
Qısa çıxışlar edilib.
Çıxışlarda Şəhidin Vətənpərvərliyindən, İgidliyi və Qəhrəmanlığından bəhs olunub.
Atası Həsrət Yusifova və hər iki qardaşına Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki altıncı doğum günü təbrik edilib.

Şəhidin xalasının göz yaşları içində dediklərindən:
“Hansınızı ağlayım bilmirəm, hansınızın məzarına yürüyüm bilmirəm…İkinizə də yanan canım qurban…Əminəm mənim, Kərimim mənim…İkiniz də məni tək qoyub getdiniz…İkinizdən də ötrü çox darıxıram, çox…Gözəl, xanım-xatun bacım mənim…Ağllı, istiqanlı, qohumcanlı Kərimim mənim…”
Şəhidin və anasının məzarlarını ziyarətin sonunda xatirə fotoları çəkdirilib.
Daha sonra isə Şəhidin ailəsinin yaşadığı evdə-ata ocağında Cənnətdəki altıncı doğum günü ilə bağlı adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar edilib.
Sonda xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, qohumları, Goranboydan olan Şəhid ailələri, Qazilər, kənd rəhbərliyi və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Kərim Yusifov 1995-ci ilin 1 avqust tarixində Goranboy rayonunun Fəxralı (Faxralı) kəndində-sadə bir ailədə dünyaya gəlib.
Ailədə üç övlad, üç qardaş olublar.
Hərbçi qardaşı Məhəmməd hazırda ailəlidir.
Uzun müddət şəkər xəstəliyindən əziyyət çəkən anası Əminə xanım isə bu ilin qışında dünyasını dəyişib.
2001-2012-ci illərdə orta məktəbdə oxuyub.
2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Hərbi xidmətini başa vurduqdan isə sonra taleyni yenidən Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsi zamanı da döyüşlərə atılıb və elə müharibənin ilk günlərində Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi Fəxralı (Faxralı) kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla təltif olunub.
Eyni zamanda, bu ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Kərim Fəxralının dörd İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
O, həm də subay olub.
Yaşadığı kənddə adını daşıyan küçə var.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində uyusun!
12:51
***
FOTOLAR:








14:14
***






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





