“Elməddin deyərdi ki, mənimlə Fəxr edin və hər zaman Fəxr edəcəksiniz…”-Cənnətdəki beçinci doğum günü, 37 yaşı taman olan Tovuzlu “NESO” ləqəbli Şəhid Elməddin Nəsibovun-MƏZARI ZİYARƏT OLUNDU, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN SÖZ AÇILDI, ADINA EHSAN VERİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Cənnətdəki beşinci doğum günü, 37 yaşının tamam olması ilə bağlı Tovuz rayonundan olan “NESO” ləqəbli Şəhid Elməddin Süleyman oğlu Nəsibovun bu gün-25 avqust 2026-cı il tarixində, səhər saatlarında Tovuz şəhər qəbiristanlığındakı məzarı ziyarət olunub.

25 avqust 1989-cu il təvəllüdlü, ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı, ali təhsilli, ailəli, Dövlət Sərhəd Xidmətinin (DSX) Baş leytenantı Elmədddin Nəsibovun məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub, çıxışlar edilib.

Tovuzlu və Bərdəli Şəhid ailələri, bəzi Şəhidsevər ziyalılar çıxış edib, Elməddin Nəsibovun keçdiyi 32 illik qısa, lakin şərəfli ömür və hərb yolundan danışıb, onun Vətənpərvərliyindən, İgidliyi və Qəhrəmanlığından söz açıblar.

Çıxışlarda həmçinin, İkinci Vətən Müharibəsinin iştirakçısı, bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Şəhidin ailəsinə, doğmalarına-anası Məleykə Əliyevaya, atası Süleyman Nəsibova, həyat yoldaşı Gülnar Nəsibovaya Allahdan səbr və dözüm dilənib, Elməddin Nəsibovun Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Şəhidin valideynləri də öz növbəsində hər kəsə-ziyarət iştirakçılarına minnətdarlıqlarını bildirib, övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını dilə gətiriblər.

Şəhidin anası Məleykə xanımın dediklərindən:

“Elməddin deyərdi ki, ana, mən İkinci Vətən Müharibəsindən, odun-alovun içindən sağ-salamat çıxmışam. Tək oğulam, mənə heç nə olmaz. Mənimlə Fəxr edin və hər zaman Fəxr edəcəksiniz. Bəli, balamızla Fəxr edirik, amma gərək bizə belə bir günü yaşatmayaydı, bizi oğulsuz, arxa-dayaqsız qoymayaydı…”

Etikxeber.az xəbər verir ki, məzarını ziyarətdən sonra Şəhidin ailəsinin Tovuz şəhərində yaşadığı evdə adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub, xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Elməddin Nəsibov 2021-ci ilin 16 iyun tarixində Laçın rayonunun Cicimli kəndində döyüş tapşırığını yerinə yetirərkən Şəhid olub.

Nəşi bir gün sonra-17 iyun 2021-ci il tarixində Tovuz şəhər qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Onu da qeyd edək ki, Elməddin Nəsibov Şəhidliyindən bir neçə il öncə Gülnar adlı xanımla ailə həyat qurub, amma onları övladları olmayıb.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

14:15

***

FOTOLAR:

16:13

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bakılı Şəhid anaları və yazar Raziyə Kamilqızı-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN HÜSEYNZADƏNİN OCAĞINI VƏ ANASINI ZİYARƏT ETDİLƏR… – FOTOLAR

Read Next

Azərbaycan–Özbəkistan: Türk dünyasında möhkəmlənən əməkdaşlıq-ƏLİ ƏLİSOY YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir