Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün daha iki Şəhidin-Astaralı Antiterror Şəhidi Əli Rüstəm oğlu Babazadə və Lənkəranlı İkinci Vətən Müharibəsi Şəhidi Mirməhəmmədəli Tərlan oğlu Rzazadənin doğum günüdür.
Əli Babazadənin bu gün ilk mövlududur, Cənnətdəki ilk doğum günüdür.
Onun bu gün 34 yaşı tamam olur.
Mirməhəmmədəli Rzazadənin isə bu gün Cənnətdəki dördüncü doğum günüdür.
Mirhməhəmmədəlinin bu gün 27 yaşı tamam olur.
Cənnətdəki doğum günləri ilə bağlı bu gün hər iki Şəhidin-Əli Babazadənin Kələdəhnə qəsəbə qəbiristanlığındakı, Mirməhəmmədəli Rzazadənin isə Şiləvar kənd qəbiristanlığındakı məzarları ziyarət olunacaq.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar ediləcək, “Quran” oxunacaq.
Sonra Cənnətdəki doğum günləri ilə bağlı məclis düzənlənəcək, Şəhidlərin adlarına ehsan süfrəsi təşkil olunacaq.

Etikxeber.az xəbər verir ki, Əli Rüstəm oğlu Babazadə 1990-cı ilin iyul ayının 13-də Astara rayonunun Kələdəhnə qəsəbəsində dünyaya gəlib.
Əli Babazadə uzun illər Azərbaycan Ordusunda xidmət edib, peşəkar hərbçi, Kiçik-leytenant olub.
İkinci Vətən Müharibəsinin və digər döyüş əməliyyatlarının iştirakçılarından idi.
O, həm də ailəli, iki övlad atasıydı.
Əli Babazadə 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli 23 saatlıq antiterror əməliyyatı zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi Kələdəhnə qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra sonra medallarla və ordenlə təltif olunub.
***

Mirməhəmmədəli Rzazadə isə 1997-ci ilin 13 iyul tarixində Lənkəran rayonunun Şiləvar kəndində dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri olub.
Tək bacıları hazırda ailəli, bir qız anasıdır.
Mirməhəmmədəligil bir müddət Sumqayıt şəhərində yaşayıblar.
2003-2014-cü illərdə həm Sumqayıt şəhərində, həm də Lənkəranın Şiləvar və Digah kənd orta məktəblərində təhsil alıb.
Orta məktəbi bitirdikdən bir il sonra, 2015-ci ildə Vətənin keşiyinə, həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun Əsgəri kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Əsgərlikdən sonra yenidən evinə dönüb, anasına, ailəsinə dəstək olmağa çalışıb.
İkinci Vətən Müharibəsi zamanı isə sentyabrın 28-də Vətənin müdafiəsinə atılıb, şərəfli döyüş yolu 18 gün çəkib.
Oktyabrın 15-də Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Nəşi isə iki gün sonra-oktyabrın 17-də Şiləvar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.
Şiləvarda adın daşıyan küçə var.
23 yaşında Şəhidlik məqamına ucalan Mirməhəmmədəli həm də subay idi.
O, həm də Şiləvarın iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az