Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Pərvin Vüqar oğlu Əlizadənin doğum günüdür.
Pərvin Əlizadənin bu gün 31 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, əslən Laçınlı olan Pərvin Əlizadə 1993-cü ilin sentyabr ayının 11-də Bərdə rayonunun Qazaxlar kəndində, sadə bir ailədə dünyaya gəlib.
Ailənin 3 oğlan övladından biri, evin böyük oğlu olub.
Atası Birinci Qarabağ Savaşı döyüşlərində iştirak edib.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
İdmançı, bir çox yarışların qalibi olub.
Həyatını Ordu, hərb ilə bağlayıb.
Azərbaycan Ordusunun peşəkar hərbçisi olub, Leytenant hərbi rütbəsini daşıyıb.
İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.
Tərtər-Ağdərə, Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib.
Oktyabr ayının 20-də isə “Tülkü dərəsi” deyilən yerdə-ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra, oktyabrın 21-də Qazaxlar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medal və 1 ordenlə təltif olunub.
Bərdə şəhərinin özündə Şəhidin adını daşıyan küçə var.
O, həm də nişanlı olub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 31 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az