Cənnətdəki dördüncü doğum günü, 33 yaşı tamam olan-“QARABAĞ” ORDENLİ, XÜSUSİ TƏYİNATLI KAMRAN KAZIMOV…

Həm Bakı şəhərinin, həm də Ucar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kamran Qurbanəli oğlu Kazımovun bu gün doğum günüdür.

Bu gün Kamran Kazımovun 33 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Kamran Kazımov  əslən Ucar rayonundan olsa da, 1990-cı ilin dekabr ayının 7-də Rusiyanın Voloqda vilayətində dünyaya gəlib.

Atası Qurbanəli kişi hərbçi olub, Daxili Qoşunlarda fəaliyyət göstərib.

Ailənin üç övladından biri olub.

2 yaşında, 1992-ci ildən yenidən Vətənə, Azərbaycana dönüb, Bakı şəhərində yaşayıblar.

2007-2018-ci illərdə Bakı şəhərinin Xəati rayonunda yerləşən Şəhid Şədrəddin Həsənov adına 63 saylı tam orta məktəbdə oxuyub.

Orta məktəbdə oxuduğu illərdə karate ilə məşğul olub və 1-ci dan “Qara kəmər” ustası dərəcəsinədək yüksəlib.

Bununla yanaşı, musiqi ilə həvəskar səviyyədə məşğul olub və fortepianoda məharətlə ifa etməyi bacarıb.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb, Əsgərliyi Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsində keçib.

Əsgərliyini başa vurduqdan sonra Daxili Qoşunların Ali Hərbi Məktəbində oxuyub, ona Leytenant hərbi rütbəsi verilib.

Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində fəaliyyət göstərib.

2018-ci ilin iyul ayından Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri vəzifəsində xidmət edib, 2020-ci ilin avqust-sentyabr aylarında Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə olub.

İkinci Vətən Müharibəsi zamanı Daxili Qoşunların Baş leytenantı kimi döyüşlərə atılıb, şərəfli döyüş yolu 9 gün çəkib, oktyabrın 5-də Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb, nəşi bir gün sonra, oktyabrın 6-da İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.

İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir neçə medalla və “Qarabağ” ordeni ilə təltif olunub.

Kamran həm də ailəli olub, 2012-ci ildə ailə həyatı qurub, üç övladı-qızları Aydan və Kamrana, oğlu Ərtoğrul ailəsinə əmanət qalıb…

Üçüncü-sonuncu övladı, Kamrana adlı qızı Şəhidliyindən 6 ay 8 gün sonra, 2021-ci ilin 13 aprel tarixində dünyaya gəlib.

Övladları-Aydan və Ərtoğrlu orta məktəb şagirdidirlər.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycanda 5,6 maqnitudalı-ZƏLZƏLƏ OLDU VƏ… – YENİLƏNİB

Read Next

Horadizdə traktor minaya düşdü-SÜRÜCÜ XƏSARƏT ALDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir