Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Neftçala rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əfsanəvi Xüsusi Təyinatlı, Vətən Müharibəsi Qəhrəmanı Camal Vidadi oğlu İsmayılovun doğum günüdür.
Camal İsmayılovun bu gün 40 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Neftçala şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.
Şəhidin məzarını ziyarət edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tarixi 44 günlük İkinci Vətən Müharibəsi ilə Azərbaycan xalqının, Şəhid və Qazilərimizin Qəhrəmanlıq dastanı yazdığını bildirib.

O, Qəhrəmanlıq dastanı yazan, öz İgidliyi və Qəhrəmanlığı ilə seçilən, Şəhadətə ucalan oğullardan birinin də Camal İsmayılov olduğunu bildirib.
“Ruhu şad, məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun! Allah ailəsinə səbr və dözüm versin!”-deyə, İcra başçısı sözlərinə əlavə edib.
Şəhidin məzarını ziyarətdən sonra adını daşıdığı Neftçala Şəhər Uşaq İncəsənət Məktəbində tədbir düzənlənib.
Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.
Tədbir zamanı çıxışlar olunub, Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan bəhs olunub, İgidliyi və Qəhrəmanlığından danışılıb.
Cənnətdəki dördüncü doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.
Vətənə, Şəhidlərə, o cümlədən Camal İsmayılova həsr olunmuş şeirlər və mahnılar səsləndirilib.
Şəhidin valideynləri – anası Filarya xanım və atası Vidadi İsmayılov da öz növbəsində belə bir gündə onların yanında olduqları üçün hər kəsə minnətdarlıqlarını ifadə ediblər.
Eyni zamanda, övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını bildiriblər.
Tədbirdən sonra rayonda yerləşən “Məkan” mərasim evində məclis düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha Şəhidin ruhuna dualar edilib.
Şəhidin məzarını ziyarətdə, Cənnətdəki dördüncü doğum gününə həsr olunmuş tədbirdə və məclisdə ailə üzvləri, Nefçalalı, Salyanlı, Qobustanlı, Sumqayıtlı, Lerikli, Bakılı, Ucarlı və digər başqa bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı və həyat yoldaşı, tanınmış ictimai xadim Tənzilə Rüstəmxanlı, İcra başçısı Mirhəsən Seyidov başda olmaqla, Neftçala rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, din xadimləri, yerli ziyalılar, müəllimlər və məktəblilər və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Camal İsmayılov 1984-cü il iyul ayının 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya gəlib.
Ailədə üç övlad-bir bacı və iki qardaş olublar.
1986-cı ildə Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərinə köçüblər və 1990-cı ildə İqarka şəhərində V. P. Astafyev adına 1 nömrəli orta ümumtəhsil məktəbinin birinci sinfinə gedib.
1991-ci ildə ailəsi ilə birlikdə doğma rayonlarına qayıdıb və təhsilini Neftçala şəhərində 1 nömrəli tam orta məktəbdə davam etdirib, 2001-ci ildə isə məzun olub.
2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb, Vətənin keşiyinə yollanıb və Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hissədə xidmət zamanı hərbi hissə rəhbərliyinin diqqətini cəlb edib.
Onun Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətinin davam etdirilməsi barədə qərar verilib və o vaxtdan da həyatını Ordu, hərb ilə bağlayıb.
2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub və didməti dövründə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” , “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” , “Qələbə günü münasibətilə hərbi parada qatıldığına görə” , “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunub…
İkinci Vətən Müharibəsi zaman isə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Baş giziri kimi döyüşlərə atılıb, əvvəlcə Füzuli rayonu, sonra isə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib.
Bundan sonra Xüsusi Təyinatlı Qüvvələrin Qrup komandiri kimi döyüş yoldaşları ilə birlikdə Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 18-də isə Qubadlı rayonu istiqamətində döyüşlər başlayıb və döyüş ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olub
Oktyabrın 19-da Camal Qubadlı rayonu istiqamətində döyüşə qatılıb və bu, Onun son döyüşü olub.
Ağır döyüşlər nəticəsində Camal, eləcə də daha üç Əfsanəvi Xüsusi Təyinatlımız-Baş gizir Sübhan Cəbrayılov, Gizir Şəhriyar Quliyev və Gizir Elyar Vəliyev qəhrəmancasına Şəhid olublar.
Nəşi 4 gün sonra, 23 oktyabr 2020-ci il tarixində Neftçala şəhərində, Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindın sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub.
Neftçala Şəhər Uşaq İncəsənət Məktəbinə onun adı verilib, büstü ucaldılıb.
Haqqında İTV-də “Heç kim unudulmur, heç nə yaddan çıxmır – Camal İsmayılov” sənədli filmi nümayiş etdirilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi olan kiçik qardaşı da İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.
Camal həm də ailəli olub, 2008-ci ildə, 24 yaşında Fatimə adlı xanımla ailə həyatı qurub.
2009-cu ildə Əsmət, 2011-ci ildə Əsnad adında qızları və Şəhidliyindən sonra, 2021-ci il fevralın 12-də isə Alparslan adlı oğlu dünyaya gəlib.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
14:15
***
FOTOLAR:




















17:15
***

















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az