Cənnətdəki ikinci ad günün, Sənsiz qeyd edilən 25 yaşın mübarək olsun-ŞƏHİD ƏLİ TAĞIYEV! – FOTOLAR

Cənnətdəki ikinci doğum günü, 25 yaşının tamam olması ilə bağlı bu gün axşam saatlarında İkinci Vətən Müharibəsi Şəhidi Yusif Budaqovun anası Lətafət xanımla Səbailin (həm də İmişlinin) İkinci Qarabağ Savaşı Şəhidlərindən olan Əli Aydın oğlu Tağıyevin ailəsini ziyarət etdik…

Şəhidin valideynlərinə, ailə üzvlərinə baş çəkdik…

Şəhidin anası Təranə xanım, atası Aydın kişi, nənəsi Şamama xanım və qardaşlarına bir daha başsağlığı verdik, bir daha onlara Allahdan səbr arzuladıq, bir daha “Şəhidimizin Cənnətdəki ikinci doğum günü, 25 yaşı mübarək olsun!”-dedik…

Bu yerdə qeyd edim ki, Şəhid Əli Tağıyev ailənin 3 oğlan övladından biri olub…

O, həm də nişanlıymış, toyu olacaqmış…

Ancaq ömrü kimi, xəyalları, arzuları da yarımçıq qaldı…

Bəyliyi ağ kəfəni oldu…

Və sözün bitdiyi yer!!!

Şəhidin ailə üzvləri ilə xeyli söhbətləşdik, dərdləşdik…

Onun keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yoluna birgə nəzər saldıq…

Bir daha cəmi Şəhidlərimizlə birlikdə Əli Tağıyevlə də Fəxr etdik, Qürur duyduq…

Fəxr etdik, Qürur duyduq ki, Vətən yolunda gözünü qırpmadan canını fəda edən, Şəhid olan Əli kimi oğullar, Vətən sevdalılarımız olub, var…

Məhz onların İgidliyi, Qəhrəmanlığı sayəsində Azərbaycan tarixi Qələbə və Zəfər qazanıb…

Və hər birinə borcluyuq, heç zaman da Şəhidlərin, Əlilərin, onların valideynlərinin borcundan çıxa bilmərik…

Hər zaman onlara borclu qalacağıq…

Əli Tağıyev də daxil olmaqla, cəmi Şəhidlərimiz Nur içində yatsınlar!

Onu da qeyd edim ki, iki gün öncə, 5 avqust tarixində Şəhidin Əli Tağıyevin Cənnətdəki ikinci doğum günü ilə bağlı məzarı ziyarət olunmuş, “Xəzər” kafesində mərasim düzənlənmişdi.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 469 yeni-YOLUXMA…

Read Next

Bu gün-AŞURADIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir