Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2023-cü ilin Antiterror Şəhidlərindən olan Qiyas Ramil oğlunun Manafovun doğum günüdür.
Qiyas Manafovun bu gün 20 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki ilk doğum günü, mövlududur.
Cənnətdəki ilk doğum günü ilə bağlı bu gün saat 12:00-da Şəhidin İkinci Şəhidlər Xiyabanında-İkinci Fəxri Xiyabanda məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.
Məzarını ziyarətdən sonra-saat 14:00-da Şəhidin Cənnətdəki ilk doğum günü ilə bağlı “Grand Life“də mərasim düzənlənəcək, adına ehsan süfrəsi açılacaq.
Etikxeber.az xəbər verir ki, əslən Bakılı olan və Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan Qiyas Manafov 2004-cü ilin iyul ayının 18-də dünyaya gəlib.
Ailədə üç övlad, üç qardaş olublar.
O, evin-ailənin böyük övladı idi.
Qardaşları Kərimlə Vahid orta məktəb şagirdləridir.
2011-2022-ci illərdə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə oxuyub.
2022-ci ildə balı az olduğu üçün ali məktəbə daxil ola bilməyib.
Və elə 2022-ci ilin iyulunda da həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.
Füzuli istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət edib.
Axırıncı dəfə isə 2023-cü ilin 17 oktyabr tarixində ailəsi ilə danışıb.

Və cəmi iki gün sonra, 19 sentyabr 2023-cü il tarixində 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi iki gün sonra, sentyabrın 21-də İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki ilk doğum günü, 21 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az