Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Həm Bakılı, həm də Şamaxılı İkinci Vətən Müharibəsi Şəhidi Elvin Abasovun ailəsində şad, sevincli anlar yaşanır.
Abasovlar ailəsinin əkiz nəvələri dünyaya gəlib.
Etikxeber.az xəbər verir ki, Şəhidin qardaşı Emil Abasovun dünən, 14 iyun tarixində əkiz övladları dünyaya göz açıb.
Əkizlərdən biri qızı, digəri isə oğlandır.
Əkizlərin səhhəti yaxşıdır.
Əkizlərin adlarına gəlincə ailəsi-Abasovlar ailəsi hələlik tam qərar verə bilməyiblər.

Əkizlərdən birinə-oğlan uşağına Elvinin adının verilməsi gözlənilir.
Onu da qeyd edək ki, 17 iyun tarixində Elvin Abasovun Cənnətdəki üçüncü doğum günüdür, 30 yaşı tamam olur.
Gözlər aydın olsun, Şəhid ailəsinin-Abasovlar ailəsinin!
Bəxtli, xoşbəxt övladlardan olsunlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az




