Cənnətdəki üçüncü doğum günü ilə bağlı Qonaqkəddə-ŞƏHİD SADİQ AZAYEVİN MƏZARI ZİYARƏT OLUNDU, XAÇMAZIN YERGÜC KƏNDİNDƏ MƏCLİS DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Cənnətdəki üçüncü doğum günü, 31 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Qubalı İkinci Vətən Müharibəsi Şəhidi, ailənin dörd övladından biri, üç bacının tək və subay qardaşı, Gizir, 5 medallı Sadiq Xubyar oğlu Azayevin Qonaqkənd qəsəbəsindəki məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Etikxeber.az-ın xəbərinə görə, ziyarətdən sonra Xaçmazın Yergüc kəndində-anası Qızılgül Azayevanın yaşadığı evdə Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclis düzənlənib.

Adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Ailəsinə, anası Qızılgül xanıma Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Qeyd edək ki, məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclisdə Şəhidin ailə üzvləri, Quba  Xaçmazdan olan Şəhid ailələri, Qubalı və Xaçmazlı Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

14:20

***

FOTOLAR:

14:40

***

14:52

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Anası tərəfindən qardaşları ilə birlikdə təkbaşına böyüdülən, hər iki qardaşı İkinci Vətən Müharibəsi iştirakçısı olan-GİZİR, BEŞ MEDAL VƏ BİR ORDENLİ, SUBAY-ŞƏHİD CƏMİL HƏŞİMLİNİN BU GÜN ONSUZ QEYD EDİLƏN 28 YAŞI TAMAM OLUR… – FOTOLAR

Read Next

Sabah dəhşətli-İSTİ OLACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir