Cənnətdəki üçüncü doğum günü, 24 yaşının tamam olması ilə bağlı bu gün-11 iyul 2023-cü il tarixində Bakı şəhərinin Şüvəlan qəsəbəsində İkinci Vətən Müharibəsi Şəhidi, Xüsusi Təyinatlı, “Yırtıcı” ləqəbli Əli Rahim oğlu Seyidovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə respublika birinciliyi keçirilib.
Etikxeber.az xəbər verir ki, ikinci dəfə keçirilən respublika birincliyi Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə start götürüb.
Birincilikdə gənc və yeniyemə idmançılar çıxışı ediblər.
Qaliblərə medallar və fəxri diplomlar hədiyyə olunub.
Sonra Şəhidin ailəsinin Ramana qəsəbəsində yaşadığı evdə Cənnətdəki üçüncü doğum ilə bağlı məclis düzənlənib, adına çay-ehsan süfrəsi açılıb.
Şəhidin ruhuna dualar edilib, anası və iki qardaşına Allahdan səbr arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.
Ailəsi-anası Lalə Səlimova da belə bir gündə onları tək buraxmayan, Şəhid Əli Seyidovun ailəsin yanında olan hər kəsə öz minnətdarlığını ifadə edib.
Eyni zamanda, övladının xatirəsinə həsr olunmuş respublika birinciliyinin təşkilatçılarına öz təşəkkürlərini çatdırıb.
Çay-ehsan süfrəsində Şəhid anaları, din xadimləri, ilahiyyatçılar, Şəhidin yaxınları, ziyalılar iştirak ediblər.
***
FOTOLAR:









Kamil HƏMZƏOĞLU
Etikxeber.az