Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cənnətdəki üçüncü doğum günü, 25 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Goranboyun Qarasuçu kəndinin üç İkinci Vətən Müharibəsi Şəhidindən biri, evin-ailənin tək və subay oğlu, tək bacının tək qardaşı, bir neçə medallı Lətif Faiq oğlu Məmmədovun məzarı ziyarət olunub.
Şəhidin Qarasuçu kənd qəbiristanlığındakı məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, qısa çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Etikxeber.az xəbər verir ki, Şəhidin qısa, lakin şərəfli həyat və döyüş yolundan danışılıb, İgidliyi və Qəhrəmanlığından bəhs edilib, Cənnətdəki üçüncü doğum təbrik olunub, ailəsinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.
Sonra Şəhidin ata ocağında Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar olunub.
Eyni zamanda, Qubalı Şəhid anası Tünzalə Abduləlimovanın rəhbər olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı-döş nişanı və vəsiqəsi Şəhidin anası Rəsmiyyə Ədil qızı Məmmədovaya təqdim olunub.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, yaxınları, Şəhid ailələri, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
13:40
***
FOTOLAR:














13:48
***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





