Cənnətdəki üçüncü doğum günü, 22 yaşı tamam olan-KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ZİYA NURMƏMMƏDOV…

Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ziya Zabil oğlu Nurməmmədovun doğum günüdür.

Ziya Nurməmmədovun bu gün 22 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki iüçüncü ad günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Ziya Nurməmmmədov 2001-ci ilin avqustun 29-da Kürdəmirin Sığırlı kəndində, sadə bir ailədə dünyaya gəlib.

İki bacının tək qardaşı, ailənin tək oğlan övladı olub.

O, orta məktəbi bitirdikdən sonra Əsgərliyə yollanıb və Qazax rayonu istiqamətində hərbi hissələrdən birində hərbi xidmətdə olub.

İkinci Vətən Müharibəsi zamanı isə 3 ayın Əsgəri kimi döyüşlərdə iştirak edib və oktyabrın 13-də Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb və nəşi yalnız 1 ay 20 gündən sonra əldə edilib və dekabr ayının 3-də Sığırlıda torpağa tapşırılıb.

Ziya həm də Sığırlının 3 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, həm də subay olub.

Cənnətdəki ikinci doğum günü ilə bağlı Şəhidin məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə 22 yaşının tamam olması ilə bağlı adına ehsan süfrəsi açılacaq.

Məqamı Uca, Cənnətəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Laçın sərhəd-keçid məntəqəsində saxlanılan erməni futbolçular həbs edildi-BAŞ PROKURORLUQ MƏLUMAT YAYDI

Read Next

Bəzi avtobusların hərəkət intervalında-GECİKMƏLƏR VAR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir