“Çətin vəziyyətdə qalan bir qadına sevinc bəxş etməkdən gözəl nə ola bilər…” – DEPUTAT YAZIR

Dünyada çətin vəziyyətdə qalan bir qadına sevinc bəxş etməkdən gözəl nə ola bilər…

Allah yaxşılardan razı olsun! 

Yaxşı həkim işini yaxşı görən peşəkar olmaqla yanaşı, həm də insana böyük sevgi daşıyan bir qəlbə sahib olmalıdır. Bir müddət əvvəl millət vəkili olaraq təmsil etdiyim Tovuzun ön cəbhə kəndi Ağdamda ən ön hissədə yaşayan sakinlərlə görüş zamanı gənc bir qadın yaxınlaşaraq, sizinlə ayrıca görüşmək istəyirəm, dedi.

Görüşdük. Anarə bacımız 11 ildir övladı olmadığını söylədi və bildirdi ki, imkansızlıqdan yaxşı müalicə ala bilmir və tibbin yeniliyi olan süni mayalanmadan da istifadə edə bilmir. “Bir ananın ən böyük arzusu övladı olmasıdır, övladsızlıqdan ailədə də bəzən rahatsızlıqlar olur”- deyib gözləri dolan Anarə bacımın gözləri neçə gün gözlərimin önündən getmədi və bunu gözəl həkim və insan, dostumuz Səbinə Mirzəyeva ya danışdım və o dəqiqə “mən nə lazımdır kömək edərəm”-dedi.

Ailənin maddi imkanlarının heç olmadığını deyəndə “lazım olsa bəzi xərcləri mən öz cibimdən də ödəyərəm, bir qadına, bacımıza ana olmaq üçün yardım etməkdən gözəl nə ola bilər”- dedi. Və sözünün üstündə durdu.

Həm həkim kimi kömək etdi, həm də bəzi xərcləri də özü ödəyib. Əziz və dəyərli Səbinə həkimə, süni mayalanmanı həyata keçirən Cəlaləddin həkimə təşəkkürlərimi bildirirəm. Səbinə xanım sizin kimi həm peşəkar,həm də insani keyfiyyətləri yüksək olan həkimlərimizin sayı daha da çox olsun.

Anarə xanım artıq hamilədir və inşallah körpəsini qolları arasına aldığı gün onunla bərabər mən də onun qədər sevinəcəm.

Allah yaxşılıqlar edən hər kəsdən razı olsun.

Allah Anarə bacıma tezliklə körpəsini qoxlaya bilməyi nəsib etsin.

Dualarınızı əksik etməyin!

Qənirə PAŞAYEVA,
Millət vəkili

Etikxeber.az

 

Read Previous

Fərid Qayıbov AGF-dən getdi – İSTEFA

Read Next

“Təkcə bu faktın özü…” – BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir