Cəlilabadda ev, İmişlidə avtomobil yandı

Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, Cəlilabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 55 m² sahədə yanıb. Evin qalan hissəsi və evə bitişik ümumi sahəsi 16 m² olan köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda, İmişlidə “VAZ” markalı minik avtomobili yanıb.

Verilən məlumata görə, İmişli rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 Etikxeber.az

Read Previous

Ölümlə nəticələnən yol qəzası törədənin “Qarabağ”-ın oyunçusu olduğu müəyyənləşib

Read Next

Hava şəraiti ilə əlaqədar Bakıda sıxlıq yaranan küçələr açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir