Cəllad, türk düşməni Njdenin xatirə lövhəsi Armavir şəhərindən götürüldü ki…” – DEPUTAT

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tələbi yerinə yetirildi. Cəllad, türk düşməni və nasist Qaregin Njdenin xatirə lövhəsi Rusiyanın Armavir şəhərindən götürüldü. Njdeyə İrəvanda heykəl qoyduran, əli onun kimi azərbaycanlıların qanına batan Serj Sərskisyan və digər hay cəlladları da yəqin bunun nə demək olduğunu anlayırlar. Bəli, unutmuruq, unutmayacağıq!

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili  Sahib Alıyev deyib.

“Xatırladaq ki, bu, cənab Prezidentin Aşqabaddakı çıxışının nəticəsidir və həmin çıxışla o, Ermənistanın indiki hakimiyyətini də tsuqtsvanq tarazılığıyla üz-üzə qoyub. Paşinyan ya cəllad Njdenin heykəlini götürdüb ölkəsindəki ifrat millətçilərin təzyiqiylə üzləşəcək, ya da Rusiyanın bu addımından sonra da onun heykəlinə toxunmamaqla Kremldə özünə qarşı olan güvənsizliyi bir az da möhkəmlədəcək”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Millət vəkili son təyinatlardan, dəyişikliklərdən və yeni seçkilərdən – DANIŞDI

Read Next

YAP növbəti dəfə – İLHAM ƏLİYEVƏ ŞANS TANIYACAQMI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir