Cəmi 5 ayın Əsgəri olan Şəhid Miqdad Abduləlimovun-21 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, OCAĞINDA MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Quba rayonunun Mirzəməmmədkənd kəndinin tək və yeganə İkinci Vətən Müharibəsi Şəhidi, evin tək oğlu, ailənin 3 övladından biri, kollec (texnikum) təhsilli, üç medal və bir ordenli, subay Miqdad Faiq oğlu Abduəlimov 21 yaşının tamam olması, Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Quba rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, ziyarət zamanı ailəsi, Qubalı Şəhid ailələri, din xadimləri, ziyalılar tərəfindən məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Sonra Şəhidin ocağında, ailəsinin yaşadığı evdə Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub, bir daha Şəhidin və cəmi Şəhidlərin İgidliyi və Qəhrəmanlığından bəhs edilib.

Məkanı cənnətlik, məqamı Uca, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində uyusun!

13:28

***

FOTOLAR:

ŞƏHİDİN MƏZARINI ZİYARƏT VƏ OCAĞINDA CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ MƏRASİMİ…

13:36

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava dumanlı olacaq-SABAH

Read Next

“Paşinyana tövsiyə edirik ki, tarixdən dərs çıxararaq, Ermənistanı doğru istiqamətə yönəltsin…”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir