Cəmil Məmmədlinin Şəhidliyindən bir il keçir:GECƏ SAATLARINDA MƏZARI ZİYARƏT OLUNDU, RUHUNA DUALAR OXUNDU…-FOTOLAR

15 oktyabr…

Əslən İsmayıllıdan, özü isə Bakının Bayıl qəsəbəsindən olan evin, ailənin tək, subay və ali təhsilli oğlu Cəmil Habil oğlu Məmmədlinin Vətən torpaqları uğrunda Şəhid olduğu və torpağa tapşırıldığı gündür…

Bu gün onun Şəhidliyindən, torpağa tapşırılmasından bir il keçir və Anım Günüdür.

Cəmil Məmmədli düz bir il öncə, 2020-ci ilin 15 oktyabr tarixində Füzuli istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi elə həmin gün İsmayıllı rayonuna gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Bu gün- 15 oktyabr 2021-ci il tarixində, Anım Günündə, gecə saat 00:00 radələrində Şəhidin valideynləri və anım mərasiminə gələn qonaqlar, ailə dostları-Şahsəddin Bayev və Bəhruz Vahidov İsmayıllı Şəhidlər Xiyabanında Cəmil Məmmədlinin məzarını ziyarət ediblər.

Təxminən 20 dəqiqə çəkən ziyarət zamanı Şəhidin ruhuna dualar edilib.

Cəmi saatlar sonra, səhər saat 10:00 radələrində isə Şəhidin məzarının izdihamlı şəkildə ziyarəti olacaq.

Ziyarətdə yenə Şəhidin valideynləri, o cümlədən əzizləri, yaxınları, İsmayıllıdan və Bakının Səbail rayonundan olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, məktəblilər, İsmayıllı İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edəcəklər.

Təxminən bir saat davam edəcək ziyarətdə Şəhidin məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, məktəblilərin ifasında şeirlər səsləndiriləcək.

Daha sonra Şəhidin ata-baba ocağında Anım mərasimi olacaq, adına ehsan veriləcək.

Məqamı Uca, Dərgahı mübarək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

15.10.2021, İsmayıllı Şəhidlər Xiyabanı

Etikxeber.az

Read Previous

Qanunsuz erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var-MÜDAFİƏ NAZİRLİYİ YENİ MƏLUMAT YAYDI

Read Next

Ailənin 3 övladından biri, 24 yaşında Şəhid olan-SAMİR FƏRZƏLİYEVİN ANIM GÜNÜDÜR…-YENİLƏNƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir