“Cəmiyyət həyatının istənilən məsələsində uğur qazanmağın ən mötəbər açarı məsuliyyətdir”-RAFAEL HÜSEYNOV

Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması yolunda dövlətin sistemli şəkildə həyata keçirdiyi siyasət, xüsusilə Covid 19 pandemiyasının yayılmağa başladığı dövrdə hökumət tərəfindən atılan addımların verdiyi müsbət nəticələri cəmiyyət məmnuniyyətlə qarşılanır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin üzvü, akademik Rafael Hüseynov Prezident İlham Əliyevin iyun ayının 9-da Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə əlaqədar səsləndirdiyi fikirlərə münasibətini bildirərkən deyib,

Onun sözlərinə görə, artıq aylardır ki, dünya fərqli bir rejimdə yaşamağa məcburdur. Dünyanın adət etdiyi həyat ritmini dəyişən Covid 19 pandemiyası dövlətlər və xalqlar üçün ciddi imtahana çevrilib. Hansı ölkənin bu sınaqda hansı məqamda olmasının ən bariz göstəricisi statistikadır.Mərəzin ölkə-ölkə addımlamağa başladığı ilk mərhələdəcə Azərbaycan dövlətinin atdığı zəruri addımlar qorxunc virusla bağlı bir çox başqa ölkələrin üzləşdiyi ağır problemlərin bizdən yan keçməsinə imkan yaratdı.

“Ləngimədən ölkəyə giriş-çıxışın bağlanılması təhlükəli xəstəliyin Azərbaycana nüfuz etməsinin qarşısını alan ilk ciddi maneələrdən idi. Qabaqlayıcı tədbirlərin vaxtındaca görülməsi, müvafiq laboratoriyaların yaradılması, təcili olaraq tibbi maska istehsal edən müəssisələrin fəaliyyətə başlaması, dezinfeksiya vasitələri istehsalının təşkil edilməsi, koronavirus xəstələrinin müalicəsi üçün ən qabaqcıl xəstəxanaların ayrılması və digər vacib tədbirlər müsbət təsirini göstərdi. İstər yoluxanların miqdarı, istərsə də bu xəstəlikdən həyatını itirənlərin sayı baxımından Azərbaycan üzrə rəqəmlərin yetərincə kiçik olmasının arxasında məhz dövlətin ardıcıl vəı səmərəli apardığı gərgin fəaliyyət dayanır.

Səbəbsiz deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanı bu sahədə nümunəvi ölkə kimi qiymətləndirib. Prezident İlham Əliyev arxada qalan müddət boyunca bu problemi daim bilavasitə diqqət mərkəzində saxlayıb, ən müxtəlif görüşlərində məsələ ilə bağlı mülahizələrinmi diqqətə çatdırıb. İyun ayının 9-da Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında da bir daha karantin tədbirləri ilə bağlı əhəmiyyətli fikirlər səsləndirib. Zənnimcə, hər biri çox dəyərli olan həmin mülahizələr sırasında cənab Prezidentin ir qənaətinə hər kəs ən ciddi diqqət ayırmalıdır.

Prezident İham Əliyev :“Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib” deyir və əslində görülmüş işlər bunun əyani sübutudur. Amma eyni zamanda dövlətimizin başçısı xəstəliyin yayıldığı dövrdə xalqımızın nümayiş etdirdiyi mütəşəkillikdən, nizam-intizama riayətdən razılığını ifadə etməklə yanaşı bir daha hər bir vətəndaşımızı daha artıq məsuliyyə dəvət edir. Həqiqətən də cəmiyyət həyatının hər sahəsində, xüsusən də belə həssas məsələlərdə arzu olunan nəticəyə gəlməyin ən zəmanətli yolu daxilən səfərbər olmaqdan, məsuliyyətdən keçir və hamıımızın arzusudur ki, Azərbaycan insanı ona xas olan məsuliyyət hissini daha da artıraraq bu çətin sınaqdan daha tez və uğurla çıxmağa nail olsun“-deyə, o, əlavə edib.

14:23, 12 iyun

Etikxeber.az

Read Previous

“Təyyarə variantı yetərli çıxış yolu deyil…”- FAZİL MUSTAFA NAXÇIVANLA BAĞLI YENİDƏN OPERATİV QƏRARGAHA MÜRACİƏT EDƏCƏK

Read Next

Baş prokurorun yeni gənc müavini-KİMDİR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir