Cənazə namazı zamanı tent çökdü,3 nəfər öldü

İstanbulun Bakırköy rayonunun Ataköy səmtində yerləşən məsciddə cənazə namazı zamanı bədbəxt hadisə baş verib.

Etikxeber.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, cənazə namazı davam edərkən məscidin həyətində yağışdan, günəşdən qorunmaq üçün qurulmuş tent örtük üzərindəki böyük qar kütləsinin ağırlığına dözməyərək çöküb. Nəticədə onlarla insan qarın altında qalıb və 3 nəfər ölüb. Yaralılar var.

Hadisə yerinə gələn mülki müdafiə qrupları qar altında insanların qalıb-qalmadığını müəyyən etmək üçün iş aparıb, yaralılar xəstəxanaya çatdırılıb.

Etikxeber.az

Read Previous

“Azəriqaz” Siyəzən və Xızının da təbii qaz təchizatında məhdudiyyətlər tətbiq edir…

Read Next

Ərdoğanın Afrika ölkələrinə səfəri olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir