Cənnətdəki il ad günü-ŞƏHİD CƏMİL MƏMMƏDLİNİN MƏZARI ZİYARƏT EDİLDİ, ATA-BABA OCAĞINDA MƏRASİM KEÇİRİLDİ – FOTO-VİDEO – YENİLƏNİB – (2)

Əslən İsmayıllılı, özü isə Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yaşamış Şəhid Cəmil Məmmədlinin bu gün- 28 iyul tarixində 22 yaşı tamam olur.

Bu, Cəmil Məmmədlinin Cənnətdəki-Cənnətindəki ilk ad günüdür. 

Etikxeber.az-ın xəbərinə görə, Cəmil Məmmədli 28 iyul 1999-cu il tarixində sadə bir ailədə-Məmmədovlar ailəsində anadan olub.

Evin-ailənin tək oğlu Cəmil Məmmədli ali təhsilli, Azərbaycan Texniki Universitetinin məzunu olub.

2020-ci ilin iyulunda ali təhsilini başa vuran kimi hərbi xidmətə yollanıb, Əsgər olaraq İkinci Vətən Müharibəsində iştirak edib və 2020-ci ilin okyabrın 14-ündən 15-inə keçən gecə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi elə həmin gün, 15 oktyabr tarixində İsmayıllı rayonuna gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Cəmil Məmmədli ölümündən sonra Ali Baş Komandan tərəfindən 4 medalla təltif olunub.

Cəmil Məmmədli həm də ailədə bir bacı-bir qardaş və subay olub.

Qeyd edək ki, Cənnətdəki ilk ad günü ilə bağlı bu gün səhər saat 10-dan başlayaraq, Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, İsmayıllı rayon rəhbərliyi tərəfindən İsmayıllı şəhər Şəhidlər Xiyabanı, o cümlədən Cəmil Məmmədlinin məzarı ziyarət ediləcək, onun və digər Şəhidlərin məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, Şəhidlərin ruhlarına dualar oxunacaq.

Ziyarətdən sonra Şəhidin İsmayıllıdakı ata-baba ocağında Şəhid ailələrinin və İsmsyllı rayon rəhbərliyinin iştirakı ilə mərasimi düzənlənəcək, ehsan süfrəsi açılacaq.

Ziyarətlə başlayan və mərasimlə davam edən tədbir təxminən 5 saat çəkəcək.

Nur içində yatsın, məkanı cənnətlik olsun-Şəhidimizin!

Allah ailəsinə səbr versin!

Ruhu qarşısında baş əyirik!

00:02

***

Gecə saat 00:00 radələrində Şəhidin ailə üzvləri və bir neçə yaxını İsmayıllı şəhər Şəhidlər Xiyabanını, Cənnətdəki ilk ad günü ilə bağlı Cəmil Məmmədlinin məzarını ziyarət ediblər.

00:55

***

Səhər saat 10-a qalmışdan Şəhid Cəmil Məmmədlinin Cənnətdəki ilk ad günü ilə bağlı onun İsmayıllı Şəhidlər Xiyabanındakı məzarının ziyarəti başlanıb.

Bir saata yaxın davam edən ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Şəhidin tələbə yoldaşları, Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, İsmayıllı sakinləri və rayon rəhbərliyi iştirak edib.

Şəhid Cəmil Məmmədli daxil olmaqla, Şəhidlər Xiyabanında uyuyan İkinci Vətən Müharibəsi Şəhidlərinin məzarları bir-bir ziyarət olunub, onların məzarları üzərlinə əklil və gül dəstələri düzülüb.

Ziyarətdə çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib, Cəmil Məmmədli və cəmi Şəhidlərin ruhlarına dualar oxunub.

Cəmil Məmmədli də başda olmaqla, bütün Şəhidlərimizlə Fəxr edildiyi, Qürur duyulduğu bildirilib.

Qeyd edilib ki, onlar hər biri Qələbə və Zəfər Şəhidləridir, onların hər birinə minnətdar və borcluyuq.

Ziyarətdən sonra Şəhid ailələri, rayon sakinləri, məktəblilər Cəmil Məmmədlinin ata-baba ocağında təşkil olunan mərasimə qatılıblar.

Mərasimdə Dövlət himni səsləndirilib, Şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxışlar edilib, Şəhidin atası Habil kişi, dayısı Mahir bəy, dayısı Dilqəm bəyin həyat yoldaşı-tanınmış pedaqoq Bikəxanım xanım və digər şəxslər ürək sözlərini bildiriblər.

Şəhid atası belə bir gündə onları tək buraxmadıqları üçün ailəsi adından mərasim iştirakçılarına öz minnətdarlığını çatdırıb.

Qeyd edək ki, mərasimə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının üzvləri-Fuad Heydər, Bəyim Nəbizadə və digərləri qatılıblar.

Mərasim davam edir.

10:55

***

Mərasim zamanı İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tərəfindən Şəhidin ailəsinə “Füzulinin azad olunmasına görə” medalı təqdim olunub.

Eyni zamanda, icra başçısına Cəmil Məmmədlinin anası Aygün xanım tərəfindən Şəhid ailələri adından hədiyyə təqdim edilib, Nahid Bağırov da öz növbəsində Şəhid ailələrinə minnətdarlıq və təşəkkürlərini ifadə edib.

Mərasim zamanı çıxışlar davam etdirilib, bir daha məktəblilərin ifasında Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Sonda ehsan süfrəsi verilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin imzaladığı Bakı Bəyannaməsinin mətni-AÇIQLANDI

Read Next

Bəzi rayonlarda intensiv yağış yağacaq-DOLU DÜŞƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir