Cənnətdəki üçüncü doğum günündə, 23 yaşının tamamında-ŞƏHİD RAMAL MƏMMƏDOVUN MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN VERİLDİ…-FOTOLAR

Bu gün Gəncənin (həm də Bakının Qaradağ rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülən, 3 medallı Ramal Məmmədovun Cənnətdəki üçüncü doğum günü ilə Lökbatan qəsəbə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Etikxeber.az-ın xəbərinə görə, 2000-ci ilin yanvar ayının 1-də Gəncə şəhərində dünyaya gələn Ramal Məmmədovun bu gün 23 yaşı tamam olur.

Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak edən Ramal Məmmədov Füzuli istiqamətində qanlı döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.

Nəşi Lökbatan qəsəbə Şəhidlər Xiyabanında dəfn edilib.

Hazırda iki yaxın qohumu Onun adını daşıyır.

Şəhidin məzarını ziyarətdən sonra Lökbatandakı ailəvi restoranlardan birində Ramal Məmmədovun Cənnətdəki üçüncü doğum günü qeyd edilib, adına ehsan verilib.

Bir daha ruhuna dualar oxunub, bir daha Cənnətdəki üçüncü doğum günü təbrik edilib, bir daha tək-tənha yaşayan anası İlhamə xanıma Allahdan səbr və dözüm arzulanıb.

Sonda Şəhidin anası və digər Şəhid anaları tərəfindən Ramal Məmmədovun doğum günü tortu kəsilib.

Bu zaman çox duyğulu, təsirli, kövrək anlar yaşanıb.

Məkanı cənnətlik, 23 yaşı, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah yollar buz bağlayacaq-XƏBƏRDARLIQ

Read Next

Daha 26 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir