Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək-SABAH

Mayın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi  əsəcək, gündüz arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 11-15, gündüz 18-22, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi  761 mm civə sütunundan 757 mm civə sütununa enəcək,  nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. 

Mayın 4-də Azərbaycanın rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi  əsəcək. 

Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz: 

Mayın 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Etikxeber.az

Read Previous

Lerikdə qadını qətlə yetirməkdə şübhəli bilinən və özünü din xadimi kimi təqdim edən-ŞƏXS TUTULDU…

Read Next

“Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq”-İLHAM ƏLİYEV TÜRKİYƏ VƏ SERBİYA SƏFİRLƏRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir