“Cərimə vermək istəməyən 30 qəpiklik tibbi maska ilə həm özünü, həm də büdcəsini qoruya bilər…”-AYDIN MİRZƏZADƏNİN TÖVSİYƏSİ

Koronavirusa qarşı mübarizə bu gün bütün bəşəriyyətin gündəliyində duran bir nömrəli məsələdir.

Bu problem həll edilməməsi sivilizasiyanın bütün nailiyyətlərini ciddi təhlükə altına alınmış olur.

Bu probelmlə Azərbaycanda da ciddi mübarizə aparılır.

Məhdudlaşdırıcı tədbirlər sisteminin tətbiqi, xəstələrin müalicəyə alınması problemi bütün cəmiyyətə yayılmasının qarşısını alır.

Bununla belə, hələ də gündəlik bu xəstəliyə yoluxanların sayı çox yüksəkdir, karantinə alınan bölgələrin sayı durmadan artır.

Bunun səbəblərinin araşdırılması isə məsələnin kökündə heç də hər kəsin karantin rejimi tələblərinə riayət etməməsinin olduğunu göstərir.

İcitimai yerlərdə tibbi maska taxılmaması, sosial məsafənin gözlənilməməsi çox təəssüf ki, çox yayılıb.

Hər birimiz hər gün bunun şahidi oluruq.

Son dövrlərdə tibbi maska taxılmamasına görə, cərimlərin tətbiqi yenə bu hər kəsi ictimai yerdə tibbi maska taxmağa məcbur edə bilmir.

Müxtəlif bəhanələr gətilir, ən qəribəsi isə bir çox çoxlarının üzlərinə deyil, çənələrinə maska taxaraq polis görən kimi maskan yuxarı qaldırmalarıdır.

Bununla kimisə aldatmaq olar, amma koronavirus hiylə tanımır və kiçik bir ehtiyatsıqlıq insanın bu ağır xəstəliyə düçar olmasına gətirib çıxarır.

Artıq ölkəmizdə 15 mindən çox insan bu xəstəliyə yoluxub, 200-ə qədər vətəndaşımız bu səbəbdən həyatını itirib.

Onların içində tanınmış simalar, o cümlədən, hər birimizin yaxın adamları da var.

Çıxış yolu isə qanunun yerinə yetirilməsinə ciddi nəzarət edilməsi, hətta, qanunun sərtləşdirilməsidir.

Cərimə vermək istəməyən isə 30 qəpiklik tibbi maska ilə həm özünü, həm də büdcəsini qoruya bilər.

Koronavirusu həyatımızdan yox eləmək hər birimizin vəzifəsidir.

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Nizami filmində “Afaq” roluna çəkilməyə dəvət etmişdilər, amma yoldaşım icazə vermədi…”-TANINMIŞ SƏNƏTKAR SƏKİNƏ İSMAYILOVA HƏMKARLARINA SƏSLƏNDİ

Read Next

Maska taxmayanlar üçün cərimələr-İKİ DƏFƏ ARTIRILIR – DƏYİŞİKLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir