“Çalışıb diqqətli oynamalıyıq…” – QURBAN QURBANOV

“APOEL”in gücü hər kəsə məlumdur. Hesab edirəm ki, bu haqda ətraflı danışmağa ehtiyac yoxdur.

Etikxeber.az xəbər verir ki, bunu  “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

O, Çempionlar Liqasının III təsnifat mərhələsinin sabah keçiriləcək APOEL-lə ilk matçına həsr olunan mətbuat konfransında görüş barədə fikirlərini açıqlayaraq, bildirib ki, ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub.

Onun sözlərinə görə, bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinədir.

Q.Qurbanovun fikrincə, çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən.

“Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir. Ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındırlar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu azarkeşlər önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq”-deyə, Q. Qurbanov sözlərinə əlavə edib.

Qeyd edək ki, Kiprin Nikosiya şəhərindəki GSP stadionunda baş tutacaq APOEL – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Etikxeber.az

Read Previous

“Qəbələ” “Əl Salmiyə”ni uddu – 2:0

Read Next

“DAĞLIQ QARABAĞ ERMƏNİSTANDIRSA, ONDA ERMƏNİSTAN DA…” – Politoloq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir