“Camaat bayıra çıxmayacaqsa, o sahələr necə ayaqda qala bilər?!”-“REAL”-ÇI İQTİSADÇIDAN ETİRAZ

Hökumət 350 minə yaxın rəsmi müqavilə ilə çalışan muzdlu işçiyə yardım verməyəcək. Məntiq də budur ki, məsələn, kimyəvi təmizləmə, kiçik pal-paltar dükanları, avtomobil ehtiyat hissələri satan, təmir edən, yuyan və s. sahələrə işləməyə icazə var. Yəni, bu sahələr rəsmən qapatılmadığı üçün həmin işçilərə və biznes sahiblərinə dəstək düşmür. Xub, əgər SMS-lə bayıra çıxmaq kimi məntiqsiz, yerinə yetirilməsi və nəzarəti mümkün olmayan qərar verirlərsə, həmin biznes sahələri də siyahıya salınmalıdı.

Etikxeber.az xəbər verir ki, bunu “REAL”-ın liderlərindən olan iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

“Camaat bayıra çıxmayacaqsa, o sahələr necə ayaqda qala bilər?! Ona görə də SMS-lə 5 yazıb göndərib deyirsən ki, gedirəm “ximçistkaya”, 6 yazanda “moykaya”, 7 yazanda “balansirovkaya”, 8 yazanda maşının yağını dəyişməyə, 9 yazanda tuman, 10 yazanda isə gül dəstəsi almağa – hökumətin məntiqi ilə belə olmalıdır, ya da fərq qoyulmadan hamıya maddi dəstək göstərilməlidir!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi: İNADKAR MANAFOVA, SAVADLI VƏ ÖZÜNDƏNRAZI ƏLƏSGƏROV, YENİ SƏDR QURBANOV, TƏZƏ SƏDR MÜAVİNİ MOLLAZADƏ…

Read Next

“YOLDAŞ STALİNİN HƏLLİNİ GÖZLƏYƏN SƏRƏNCAMI…”-Rafael Hüseynov yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir