Camala ailə həyatı qurur – FOTOLAR

“Eurovision – 2016”nın qalibi Camala ailə həyatı qurur.

Etikxeber.az “Qafqazinfo”-ya  istinadən xəbər verir ki, sənətçi bunu Ukrayna radiolarının birində açıqlayıb.

O, tezliklə ictimai xadim Bəkir Süleymanovla nikah bağlayacağını deyib.

Camala deyib ki, nişanlısı ona qeyri-adi evlilik təklifi edib:

“Lvovda konsert verirdim. Konsert gecə bitdi, mənə özünü tanınmış polşalı fotoqraf kimi təqdim edən şəxs zəng vurdu. Dedi ki, sizə qeyri-adi fotosessiya etmək istəyirəm. Söylədi ki, biz çəkilişi indi etməliyik, sabah öz ölkəmə uçuram. Çəkilişin Ratuşanın (Hökümət evi) binasında baş tutacaqdı. Binanın damına qalxdım, heç kəs yox idi. Birdən Bəkir əlində üzük və gül qarşıma çıxdı, evlilik təklif etdi”.

Müğənni daha sonra toyun nə vaxt baş tutacağından söhbət açıb:

“Toy 2017-ci ildə baş tuta bilər. Planımızda var ki, nikah “Eurovision”dan əvvəl yaz aylarında reallaşsın”.

Xatırladaq ki, Bəkir Süleymanov milliyətcə tatardır, Sinferepol şəhərində doğulub və 2015-ci ildə Kiyev şəhərinə köçüb.

camala-2

Etikxeber.az

 

Read Previous

“Minsk qrupunun bundan sonrakı fəaliyyətinə ehtiyac varmı?” – ƏLİ ƏHMƏDOV

Read Next

Manatın dəyərdən düşməsi daha da sürətlənəcək – NATİQ CƏFƏRLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir