“Canlı ünsiyyət əvəzinə 148 kanallı kabel televiziyasını seçirik…” – TELLİ PƏNAHQIZI YAZDI

“Mən heç kimə heç nə borclu deyiləm!”-indi cəmiyyətin böyük bir hissəsinin etinasızcasına səsləndirdiy ibu fikrin haradan və nədən qaynaqlandığını araşdırmaq niyyətində deyiləm, ancaq bu çox iyrənc bir tendensiyadır.

İnsan istənilən biri ilə münasibətə başlayanda məsuliyyət daşıyır, çünki qaşındakı insana bir vəd, söz borcu verirsən.

Bu məsuliyyət-öhdəlik həm sənə, həm də ona aiddir.Bu ünsiyyət anından sonra baş verənlərdən yaxanı kənara çəkə bilməzsən!

Onunla bağlı olan hərbir problem, hadisə səni də ilgiləndirməlidir, çünki siz bir zəncirin halqalarısınız.

Təsəvvür edin ki, siz alpinistsiniz və bir zirvəni fəth etmək üçün çox sərt və təhlükəli bir yüksəklikdə sizin arxanızca gələn yoldaşınıza səslənirsiz: 

telli-penahqizi

-Bu bax, dostum, mən yuxarı qalxmağa tərəddüd edirəm, yorulmuşam və sənin də kəndirini kəsirəm.

Sənin buna haqqın yoxdur, çünki siz eyni kəndirlə bağlısınız!

Sən həm özünün, həm də səfər yoldaşının həyatına cavabdehsən.

Biz uşaqlarımıza borcluyuq, çünki onları bu dünyaya biz gətirmisik. 

Biz valideynlərimizə borcluyuq, onlar razılığımız olmadan bizi dünyaya gətirsələr də bu həyatda yaşamaqdan zövq alan, onu sevən bizik.

Biz dostlarımıza borcluyuq, çünkü onları yanımızda görməyi biz istəmişik.

Biz “ sevirəm” dediyimiz insana borcluyuq, hətta bu sözü dilə gətirməsək belə, bir münasibət qurmusuqsa, bu borcu yerinə yetirməliyik. Sərbəst, azad münasibət deyilən bir anlayış yoxdur (Bu məsuliyyətsiz adamların işlətdiyi termindir).

Münasibət sözündə bir məsuliyyət var, çünki yaşananlar aranızdakı mübhəm pərdəni götürür və o adamı qorumaq sizin borcunuzdur. 

Əgər biz dostuqsa və siz mənə dərdinizi danışmısınızsa, mən sizin özünüzü qatarın altına atmamanız üçün cavabdehlik daşıyıram, əgər sizin vəziyyətdən sadəcə hali olsaydım, bu məsuliyyət 50% olardı, ancaq mən desəydim ki, “əşşi, sənin problemindən mənə nə, mənim onsuz da dərdim başımdan aşır!” –onda sənin intiharında günahın 100% mənim boynuma düşəcək.

Əgər sevdiyin qadın ağlayırsa, deməli sən onun qəlbini qırmısan!

Münasibətdə olanda bizim birbirimiırzə təsir gücümüz yarıbayarıdı.

Təəssüf ki, bu gün biz dost əvəzinə psixoanalitik, məhəbbət əvəsinə seks, səmimi münsibət, canlı ünsiyyət əvəzinə 148 kanallı kabel televiziyasını seçirik və təkləndyimizin, bir-birimizdən uzaqlaşıb yadlaşdığımızın fərqində belə deyilik!

Heç kəsin heç kəsə borclu olmadığı, heç kim və heç nə üçün məsuliyyət daşımadığı həyatda yaşamağa nə var ki?!

Məsuliyyət və borc könül işi, vicdan məsələsidir.

Bunu unutmayın!

Telli PƏNAHQIZI

Etikxeber.az

Read Previous

Deputat İTV-dən yazdı…

Read Next

“Gömrük prosedurları şəffaf şəraitdə sadələşdirilməlidir” – NOVRUZ MƏMMƏDOVDAN TAPŞIRIQ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir