Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane noyabrın 28-29-da Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, səfər çərçivəsində xanım Maite Nkoana-Maşabanenin noyabrın 29-da xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Etikxeber.az