Çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı qazax xalqının apardığı azadlıq hərəkatına hansı türk hökmdarının nəvəsi rəhbərlik edib?

Bilirdinizmi ki, çar Rusiyasının müstəmləkəçilik və işğal siyasətinə qarşı qazax xalqının apardığı milli azadlıq hərəkatına böyük türk hökmdarı Nadir Şah Əfşarın nəvəsi rəhbərlik etmişdir?

… Tarixdə buna bənzər hadisələr az olmamışdır.

Onlardan biri haqqında qazax şairi Sayın Nazarbekulı məlumat verir:

“1747-ci ildə Nadir şah Əfşarı qətlə yetirdikdən sonra sui-qəsdçilər onun bütün övladlarını öldürmüş, yalnız nəvəsi Şahruha toxunmamışdılar. Bu faciəli hadisələr zamanı Nadirin yaxın adamları onun iki oğlan nəvəsinin həyatını xilas edərək Qazaxıstana qaçırıb köçəri qazax tayfalarına sığınmışdılar. Bers tayfasının başçısı Nadir şahın nəvəsi Malını oğulluğa götürüb, ona Gülmalı adını vermişdi. Əfsanəvi qazax bahadırı və akını (aşığı), Rusiya işğalına qarşı xalq üsyanının iki əsas rəhbərindən biri – Mahambet Utemisulı (1803–1848) həmin Gülmalının oğlunun oğlu olmuşdur. Nadir şahın digər nəvəsi Matını isə bahadır Toxtamışın nəvəsi Dospambet övladlığa götürərək boya-başa çatdırmış, öz uşaqları ilə onun arasında heç bir fərq qoymamışdır. Matı Manqıstau qazaxları arasında igid, güclü, öncəgörmə qabiliyyətinə malik, xəstələri müalicə etməyi bacaran mömin bir insan kimi ad çıxarmış, el arasında övliya Matı adı ilə məşhur olmuşdur”.

Hekayəsinin davamında Sayın Nazarbekulı bildirmişdir ki, onun özü də həmin Matının nəslindəndir.

“Araz Şəhrili “Səfəvilər – paralellər, ehtimallar, həqiqətlər” səhifə 115-116.

Bu yazı ilə “Şah İsmayıl Səfəvi” səhifəsində də tanış ola bilərsiniz.

Etikxeber.az

Read Previous

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi – FOTOLAR

Read Next

“O, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural ölkəyə çevrilməsinə güclü dəstək olub…” – MÜBARİZ QURBANLI – MEHRİBAN ƏLİYEVANIN VİTSE-PREZİDENT TƏYİN OLUNMASINDAN 3 İL KEÇİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir