“Carı məsələlərin müzakirəsi üçün ayrılan vaxt 45 dəqiqəyə çatdırılsın”-MİLLƏT VƏKİLİNDƏN TƏKLİF

Millət vəkili Aydın Hüseynov parlamentin plenar iclaslarında cari məsələlərin müzakirəsi üçün ayrılmış 30 dəqiqəlik vaxtın 45 dəqiqəyə qaldırılmsasının tərəfdarıdır.

Etikxeber.az-ın xəbərinə görə, bu təkliflə millət vəkili parlamentin yaz sessiyasının sonuncu (bugünkü) iclasında çıxış edib.

O, bu məsələdə həmkarı Aydın Mirzəzadənin təklifini və mövqeyini də bölüşdüyünü deyib.

Eyni zamanda təklif edib ki, cari məsələlərin müzakirəsinə yazılan millət vəkillərinin hamısına imkan daxilində çıxış üçün imkan yaradılsın.

“Yaxşı olardı ki, bəzən siyahı üzrə yuxarıdan aşağıya yox, aşağıdan üzü yuxarıya söz verilsin. Çünki çox hallarda eyni millət vəkilləri danışır, digərləri isə çıxışa yazılsalar da, vaxt çatmadığı üçün danışa bilmirlər. Bu səbəbdən bəzən elə olur ki, gündəlikdə məsələlərin müzakirəsi zamanı həmin məsələlərdən kənara çıxılır. Ona görə də çox istərdim ki, hər iki təklifimə baxılsın və onlar imkan daxilində nəzərə alınsın”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Sənədləşmə, dəftərxana mədəniyyəti hələ tam formalaşmayıb…”-SAHİB ALIYEV

Read Next

“Yumşaldılma insanlarda arxayınlıq yaratmamalıdır…”-FATMA YILDIRIMDAN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir