“Cari məsələlərin müzakirəsinə ayrılan vaxt bir saata qaldırılsa, yaxşı olar”-AYDIN MİRZƏZADƏ

Millət vəkili Aydın Mirzəzadə cari məsələlərin müzakirəsi üçün ayrılan vaxtın artırılmasını təklif edib.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili bu təkliflə parlamentin plenar iclasında çıxış edib.

Qeyd edib ki, 30 dəqiqə ərzində cəmi 5-6 deputat çıxış edə bilər, qalanlar isə fikirlərini çatdıra bilmirlər:

“40-a yaxın yeni millət vəkili var. Bəlkə onlar da nəsə demək istəyirlər?! Onlar ola bilər ki, hələ tam alışa bilməyiblər və sair. Ona görə hesab edirəm ki, yarım saatlıq vaxtı bir saata kimi qaldırmaq yaxşı olardı. Bunun üçün digər məsələlərin vaxtından kəsmək və ya onları sonraya saxlamaq olar. Mən təklifimdə israr etmirəm, amma bunun nəzərə alınması da yaxşı olardı”.

Spiker Sahibə Qafarova isə təklifə baxılmasının mümkünlüyünü istisna etməyib və əlavə edib ki, gərək bu təkliflə indi yox, çoxdan çıxış ediləydi.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Onlar saxta sənədlərlə ölkədən gediblər: Bu, hamıya bəllidir, kimlər tərəfindən necə göndərildiyini bilirik”-DAXİLİ İŞLƏR NAZİRİNİN BİRİNCİ MÜAVİNİ

Read Next

“Tanıyanlar yaxşı bilirlər ki, ömrümdə kiməsə dərs vermək istəyində olmamışam…”-SABİQ DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir