Cavid əfəndi, “Kor Ərəb”, 9 yaşlı Həsən və Əməkdar artist… – FOTOLAR

Aybəniz Haşımova: Həm öldüm, həm də dirildim…

İdeya müəllifi özümə aid olan və tələbəm Həsənlə birlikdə dahi Hüseyn Cavidin sözlərinə olan “Kor Ərəbin mahnısı”nın çəkilişlərinə başladıq. Böyük bir komanda ilə Cavid Əfəndinin həyatına qiyabi də olsa daxil olduq… Bu an sanki həm öldüm, həm də dirildim!

Etikxeber.az xəbər verir ki, bunu tanınmış ifaçı, sevilən sənətçi, Əməkdar artist Aybəniz Haşımova deyib.

HASAN-4

“Onun həyatını bir-bir vərəqlədikcə, bir onu anladım ki, Hüseyn Cavid dünyaya kişi kimi gəldi, Kişi kimi də getdi! Söz xətrinə, söz demədi! Yaltaq, dostunu satan, qatil, şərəfsiz olmadı bəziləri kimi! Mən bu gün bir daha əmin oldum ki, nə qədər ki, Azərbaycan var, o qədər də Hüseyn Cavid var!”-deyə, qeyd edən müğənninin sözlərinə görə, Cavid əbədi, onu sevə-sevə oxuyan fitri istedadlar, Həsən Əliyevlərin ruhunda, səsində yaşayacaq.

“Əziz tələbəm Həsən Əliyev, sən şox xoşbəxtsən! Xoşbəxtsən ona görə ki, bugün Cavid Əfəndinin evində, onun masasında, onun toxunduğu əşyalara toxuna bilirdin… Bir anlıq da olsa Cavid dünyasına qərq olmuşdun!

HASAN-1

Sən Cavid Əfəndinin ev muzeyində, onun yaşadığı evdə, onun əsərləri ilə yanaşı əbədi bir ömür yaşayacaqsan! Bu, hər insana, hər ifaçıya qismət olmayan bir qismətdir. Qoy, böyük Allah sənə Hüseyn Cavidin əsərlərinin ömrü qədər ömür versin! Sənət yolun hər zaman işıqlı olsun!!!”-deyə, Əməkdar artist sonra bildirib.

O, həmçinin, əlavə edib ki, klipin rejissoru Ceyhun Kərimov, operatoru Nadir Mehdiyevdir:

“Eyni zamanda, texniki heyətə, CNF-ə və Hüseyn Cavidin ev muzeyinə və əməkdaşlarına sonsuz təşəkkür edirəm!”

HASAN-2

HASAN-3

HASAN-5

HASAN-6

HASAN-7

HASAN-8

HASAN-9

CAVID-1

CAVID-2

CAVID-3

CAVID-5

CAVID-7

CAVID-8

CAVID-9

Etikxeber.az

Read Previous

Bu dəfə Qrizman…

Read Next

Prezident “Tufan”la tanış oldu – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir