Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-5 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi Qəhrəmanı, Biləsuvarlı İkinci Vətən Müharibəsi Şəhidi Cavid Hilal oğlu Mahmudovun Anım Günüdür, Əbədiyyətə uğurlanmasından 6 il keçir.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin ailəsinin Aşağı Cürəli kəndində yaşadığı evdə Anım məclisi keçirilib, adına ehsan süfrəsi açılıb.
Məclisdə Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Çıxışlar edilib.
Şəhid Saleh Məcidzadənin atası Nəriman Məcidov, Şəhid-Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun qardaşı, polkovnik-leytenant Ənvər Əkbərov, Şəhid Məhəmməd Məmmədovun atası Bilal Məmmədov və digərləri çıxış ediblər.
Çıxışlarda Şəhidin Qəhrəmanlıqlarla dolu ömür, hərb və döyüş yolundan, İgidliyi və Qəhrəmanlığından söz açılıb.
Şəhid atası Nəriman Məcidov bildirib ki, Allah ürəyində Şəhid sevgisi olmayanların da qəlbinə Şəhid məhəbbəti salsın.
Çıxışlardan sonra məktəblilər tərəfindən Şəhidə və Şəhidlərə həsr olunmuş kompozisiya nümayiş etdirilib.
Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Dada sonra Şəhidin Aşağı Cürəli kənd qəbiristanlığında yerləşən Şəhidlər məzarlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Bir daha ruhuna dualar edilib.
Qeyd edək ki, Şəhidin Anım məclisində və məzarını ziyarətdə ailə üzvləri, doğmaları, Biləsuvarlı və İmişlili Şəhid ailələri, Qazilər, hərbçilər, Biləsuvar rayonunun məsul şəxsləri, din xadimləri və digərləri iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Cavid Mahmudov 1989-cu ilin fevral ayının 6-da Biləsuvarın Aşağı Cürəli kəndində-ziyalı ailəsində dünyaya gəlib.
Ailənin dörd övladından, üç qardaşdan bir olub.
Hər iki qardaşı və tək bacısı ali təhsilli və ailəlidir.
1995-2006-cı illərdə Aşağı Cürəlidə orta təhsilini alıb.
2000-2010-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbi oxuyub, ali-hərbi təhsilə yiyələnib.
Leytenant hərbi rütbəsinə layiq görülüb.
2010-2020-ci illərdə Azərbaycan ən müxtəlif bölgələrində peşəkar hərbçi kimi fəaliyyət göstərib.
Kapitan hərbi rütbəsinə yüksəlib.
2020-ci ilin noyabrında ona Mayor hərbi rütbəsinin verilməsi nəzərdə tutulsa da, Şəhdliyinə görə baş tutmayıb.
Peşəkar hərbçi, tabor komandiri kimi İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə atılıb.
Şərəfli döyüş yolu 8 gün çəkib.
Oktyabr ayının 4-dən 5-nə keçən gecə Füzuli istiqamətində növbəti yüksəkliyi aldıqdan sonra qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi elə həmin gün-5 oktyabr 2020-ci il tarixində, günorta saatlarında Aşağı Cürəli kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
O, Aşağı Cürəlinin dörd İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir neçə medalla və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif edilib.
Biləsuvardakı Şahmat məktəbi Onun adını daşıyır.
Onu da qeyd edim ki, Cavidlə birlikdə 19 tələbə-qrup yoldaşı Şəhid olub və onlardan da dördü Vətən Müharibəsi Qəhrəmanıdır.
31 yaşlı Cavid həm də nişanlı olub.


Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
14:49
***
FOTOLAR:














16:00
***






16:30
***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





