“Cavid haqda film çəkərkən Azərbaycan nigaran günlər içərisindəydi…” – AKADEMİK YAZIR – VİDEO

25 il öncə mən dahi Hüseyn Cavid haqqında bu filmi çəkərkən Azərbaycan nigaran günlər içərisindəydi, ölkə qazan kimi qaynayırdı, ən müxtəlif yerli və xarici siyasi qüvvələr baş-başa, qarşı-qarşıyaydı. Vətəndaşlarımız iqtisadi sıxıntılar məngənəsində əziyyət çəkirdi, ən ağırı isə bu idi ki, cəmiyyətdə bir sabah, tale nigaranlığı vardı.

huseyn cavid 564ds

Hamı ən əvvəl bunu düşünürdü ki, gələcəyimiz necə olacaq, yolumuz hansı səmtə irəliləyəcək. Elə günlər idi ki, hakimiyyət də, camaat də öz hayındaydı, Cavid yada düşmürdü və həmin səbəbdən də böyük sənətkarın 110 illiyi rəsmən qeyd edilmədi.

Gücüm ona çatdı ki, o vaxt üzərindən çekist Feliks Dzerjinskinin damğası yenicə götürüımüş və əvvəllər Dövlət Təhlükəsizlik Komitəsinə məxsus olmuş, artıq ustad Şəhriyarın adını daşıyan klubda Cavidə həsr edilmiş bir xatirə gecəsi təşkil etdim.

Soyuq zalda hamı plaşda-paltoda oturmuşdu, Turan xanım, Cavid ocağına və ruhuna yaxın insanlar yarıqaranlıq zalı məhəbbətləriylə doldurmuşdular, o vaxt işsiz olan indiki baş nazir, Cavidin qardaşı nəvəsi Artur Rasizadə də ordaydı. Və indi əksəriyyəti həyatda olmayan, canlı Cavidi görmüş başqa neçə-neçə qiymətli insan…

Bu filmi o cür mürəkkəb bir dövrdə çəkib ərsəyə gətirdik. Xeyli müddət də ekrana çıxmasına maneələr yaradıldı.
İndi 25 il sonra seyr edirəm. Bütöv bir tarixdir.

O filmdə danışanlar, xatirə söyləyənlərin hamısı çoxdan xatirəyə çevrilib. Bu kinolentin yaddaşı isə onların canlı surətlərini, səslərini, duyğularını yaşadır…

Rafael HÜSEYNOV,

Millət vəkili, akademik

Etikxeber.az

 

Read Previous

Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalandı

Read Next

Ərdoğana ən ciddi rəqib-AKŞƏNƏRİN PARTİYASI SABAH ELAN OLUNACAQ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir