Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynov barəsində olan hökmdən verilən kassasiya şikayətini geri götürüb.
Etikxeber.az bildirir ki, Lent.az-a bu barədə vəkil Adəm Məmmədovməlumat verib.
O, bildirib: “Cavidlə məsləhətləşdik. Belə qənaətə gəldik ki, şikayətimizi götürək”.
A. Məmmədov bildirib ki, işə Bakı Apelyasiya Məhkəməsində, hakim Əhməd Həsənovun sədrliyi ilə oktyabrın 12-də baxılacaq.
Qeyd edək ki, C. Hüseynov 4 il müddətinə azadlıqdan məhrum olunub.
Etikxeber.az