Millət vəkili Cavid Qurbanov deputat həmkarlarından fərqli olaraq, Azərbaycan aviasiyası, “AZAL”-la bağlı səslənən tənqidləri qəbul etməyib.
Etikxeber.az xəbər verir ki, C. Qurbanov Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il yaz sesiyası ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 19-da keçirilən iclasında deyib ki, bu gün Azərbaycanın gözəl hava limanı var:
“Hesab edirəm ki, AZAL-ın fəaliyyəti o qədər də pis deyil. Ola bilər ki, qiymətlərdə müəyyən çətinliklər var. Biz istəyirik ki, İsveçə tez çataq. Amma o dövlətlərin tarixi çoxdur. Biz yavaş –yavaş onlara çatacağıq. Ona görə də kişini (söhbət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov nəzərdə tutulur) çox incitməyək”.
Etikxeber.az