Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ermənistan öz ordusunu işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmayanadək Türkiyə bu təcavüzkar ölkə ilə əlaqələr qurmayacaq, o cümlədən sərhədlər açılmayacaq.
Etikxeber.az xəbər verir ki, bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında söyləyib.
Nazir çıxışında saxta “erməni soyqırımı”, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı, erməni terror təşkilatlarının türk diplomatlarına qarşı həyata keçirdikləri ağır terror aktları ilə bağlı həqiqətləri sessiya iştirakçılarının diqqətinə çatdırıb.
O, deyib: “ASALA terror təşkilatı türk diplomatlarına qarşı ağır terror aktları törətdiyi üçün mən də şəhid olmaq arzusu ilə diplomat oldum”.
Etikxeber.az