Çavuşoğluna: “Hər zaman Türkiyənin yanındayıq, bunu Türk xalqına söyləyin”

Millət vəkili Qənirə Paşayeva AŞPA-da çıxış edən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluna sualla müraciətinin sonunda “terrörla mübarizədə hər zaman Türkiyənin yanındayıq, bunu Türk xalqına söyləyin”deyib.

Etikxeber.az-ın məlumatına görə, Q.Paşayeva AŞPA-da çıxışından sonra millət vəkillərinin suallarını cavablandıran Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna Türkiyənin İŞİD-ə qarşı apardığı mübarizə çərçivəsində Türk Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fırat Kalkanı” əməliyyatları, onun hədəfləri və əldə olunan nəticələrlə bağlı sual ünvanlayıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu sualın cavabında AŞPA millət vəkillərinə “Fırat Kalkanı” əməliyyatı ilə bağlı geniş məlumat verib, onun hədəflərindən, əldə olunan nəticələr barədə geniş məlumatlar verib.

O, bildirib ki, Türkiyə terörla mübarizədə Avropa ölkələrindən daha böyük dəstək gözləyir, çünki həyata keçirilən əməliyyatlar sadəcə, Türkiyənin deyil, bölgənin, Avropanın və dünyanın təhlükəsizliyi üçün çox vacib və önəmlidir.

Q.Paşayeva isə xarici İşlər naziri Mövlud Çavuşoğluna sualla müraciətinin sonunda “terrörla mübarizədə hər zaman Türkiyənin yanındayıq,bunu Türk xalqına söyləyin” deyib.

Etikxeber.az

Read Previous

Azərbaycan kuboku: “Turan Tovuz” və “Qaradağ Lökbatan” 1/8 finalda

Read Next

“Bu işğal nə üçün davam etməlidir?” – AŞPA TRİBUNASINDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir