Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-130, Kiçik Qafqazın çaylarında 110-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-40 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, sentyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 127 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 85 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 41 m3/s olmaqla, ongünlük normanın 43 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 55 faizinə bərabər olub.
Sentyabrın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 4, Bankədə 13 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 441 sm (2015-ci il sentyabrın 23-də 332 sm), Salyanda 293 sm (2015-ci il sentyabrın 23-də 130 sm), Bankədə 235 sm (2015-ci il sentyabrın 23-də 158 sm), Araz çayının Novruzlu məntəqəsində isə 167 sm (2015-ci il sentyabrın 23-də 45 sm) təşkil edir.
Etikxeber.az