Çebanu bu dəfə bürünc qazandı – YENİLƏNİB

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının dördüncü günüdə Azərbaycan atleti Yelena Çebanu 200 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınayıb.

Etikxeber.az xəbər verir ki, təsnifat mərhələsində atletimiz almaniyalı Katrin Muller-Rottqard, Braziliya təmsilçisi Alisiya de Oliviera Korrea və Papua Yeni Qvineydan olan Joylin Ceffereyə qarşı yarışıb. Məsafəni 24,16 saniyəyə qət edən idmançımız qrupda birinci yeri tutaraq yarımfinala yüksəlib.

Yarımfinal yarışları sentyabrın 12-də keçiriləcək.

Xatırladaq ki, Y.Çebanu Rio Paralimpiadasının ikinci günündə 100 metr məsafəyə qaçışda gümüş medal qazanıb.

***

Yelena Çebanu bürünc medal qazanıb. Bununla da Azərbaycan millisi Rio Paralimpiadasında aktivinə 6-cı medalı yazdırıb.

Etikxeber.az

Read Previous

Ərdoğan Əliyevə zəng etdi: “Firavanlıq arzulayıram”

Read Next

“Barboskinlərin yeni il sərgüzəştləri” adlı uşaq tamaşası təqdim olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir