“Çelsi” Avroliqanın finalına itkilərlə gəlir…

Londonun “Çelsi” futbol klubu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final görüşündə N’Qolo Kantenin xidmətindən istifadə edə bilməyəcək.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, 28 yaşlı fransalı yarımmüdafiəçi son məşqdə dizindən zədələnib.

Yarımmüdafiəçi böyük ehtimalla final oyununu buraxacaq.

çelsiiii

Kante cari mövsümdə “Çelsi”nin heyətində keçirdiyi 52 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüşdə Kallum Hadson-Odoi və Ruben Loftus-Çik də zədə səbəbindən oynamayacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Etikxeber.az

Read Previous

“Siyasi rəhbərliyin təmsilçilərinin oğlanları hərbi xidməti harada keçir?” – MƏMMƏDYAROV

Read Next

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasından sərt etiraz…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir