Çempion klubdan “Qalatasaray”a 20 milyon avroluq təklif

Türkiyənin “Qalatasaray” futbol klubunun hücumçusu Lukaş Podolski Çinin “Guangzhou Evergrande” komandasının transfer marağına düşüb.

Etikxeber.az xəbər verir ki, bu barədə Almaniyanın “Sport bild” qəzeti məlumat yayıb. Məlum olub ki, Çinin çempion klubu 31 yaşlı almaniyalı forvard üçün “sarı qırmızılara” 20 milyon avro təklif edib. Bundan başqa, “Guangzhou Evergrande” tərəfindən Podolskinin özünə isə ildə 9 milyon avro ödəməyə hazır olduqları açıqlanıb.

Hazırda Podolskinin İstanbul təmsilçisi ilə müqavilə müddəti 2017/2018-ci il mövsümünün sonunadək nəzərdə tutulub.

Carı mövsümdə “Qalatasaray”ın heyətində bütün turnirlərdə 12 oyunda meydana çıxan Polşa əsilli futbolçu 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Etikxeber.az

Read Previous

Daha bir ölkə Aralıq dənizində təbii qaz axtaracaq

Read Next

“Zirə”-də baş məşqçi dəyişikliyi olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir